Jurnalist və media meneceri Mzia Amağlobelinin işi üzrə əsas
məhkəmə prosesi sabah, 30 may tarixində,
saat 13:00-da Batumi Şəhər Məhkəməsində davam edəcək.
Mzia Amağlobeli “Batumelebi” və “Netgazeti” nəşrlərinin təsisçisi
və direktoru olub. O, bir polisə sillə vurduğu üçün prokurorluq
tərəfindən polisə hücumda ittiham olunur. İttiham sübuta
yetirildiyi halda, onu 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə
cəzası
gözləyir.
Mzia Amağlobeli təxminən 5 aydır ki, hüquq müdafiəçilərinin və
hüquqşünasların qiymətləndirməsinə görə, qanunsuz həbsdə
saxlanılır.
30 mayda keçiriləcək məhkəmə iclasında hakim Nino Saxelaşvili
müdafiə tərəfinin şahidlərini dindirəcək. Prokurorluğun
şahidlərinin dindirilməsi artıq başa çatıb.
Prokurorluq əvvəlcə bu iş üzrə daha 8 şahidin dindirilməsini
planlaşdırsa da, sonradan məhkəmənin təsdiqlədiyi siyahıdakı bəzi
polislərin dindirilməsinin artıq zəruri olmadığını qərara alıb.
Dindirilməsindən imtina edilən şahidlərdən biri, məsələn, polis
Vladimir Çitaia idi. O, Quriyanın polis rəisinə bildirib ki, guya
Mzia Amağlobeli “təlimatlar alırmış” və “hücum əvvəlcədən
planlaşdırılmışdı”. Lakin onun da dindirilməsindən prokurorluq
imtina edib.
Bundan əvvəl keçirilən məhkəmə iclaslarında şahid qismində
dindirilmiş polis məmurları və rəsmilər müdafiə vəkilləri
tərəfindən yalan danışmaqda ifşa olunublar. Məsələn, zərərçəkmiş
kimi tanınan İrakli Dqebuadzenin müavinlərindən biri – Qoça Vanadze
– hakiminə bildirib ki, Mzia Amağlobeli polisə qarşı təhqiramiz
davranışa görə saxlanılıb. Digər müavin – Qiorqi Bjalava isə onun
stiker yapışdırdığına görə tutulduğunu deyib.
Bu işdə zərərçəkmiş kimi göstərilən Batumi Polis İdarəsinin rəisi
İrakli Dqebuadze isə 8 mayda dindirilib. O, məhkəmədə bildirib ki,
“ağrı hiss edib”.
İrakli Dgebuadzenin ifadəsindən mühüm detal: Dindirmə zamanı İrakli
Dqebuadze etiraf etməyə məcbur olub ki, Mzia Amağlobeliyə söyüş
söyən və ona təhdidlər yağdıran polis əməkdaşı özü imiş. “Qanı ilə
tutaram... onun anasın….,” – deyə 12 yanvar tarixli videoda
eşidilir. Həmin videoda saxlanılan qadını iki polis aparır,
arxasınca isə İrakli Dqebuadze gəlir və söyüş söyür.
İrakli Dqebuadzenin törətdiyi ehtimal olunan cinayətlərlə bağlı
Xüsusi İstintaq Xidməti heç bir tədbir görməyib – Mzia Amağlobeli
və 2025-ci il 11 yanvar aksiyasında iştirak edən digər şəxslər onu
qeyri-insani rəftar və zorakılıqda ittiham edirlər.
28 aprel tarixində keçirilmiş məhkəmə iclasında isə Acarıstan Polis
Departamentinin keçmiş rəisi Qriqol Beselia dindirilib. Digər
polislər kimi, onu da Mzia Amağlobelinin vəkilləri yalan ifadəyə
görə ifşa ediblər.
Məsələn, Qriqol Beselia ifadəsində bildirib ki, Mzia Amağlobeli
barəsində inzibati hüquqpozmaya dair 150-ci maddə ilə protokol
tərtib olunub. Lakin o bunu deyəndə – yəni 2025-ci il 28 aprel
tarixində – belə bir protokol mövcud deyildi. Qriqol Beselia indi
artıq Cinayət Polisi Departamentinin rəis müavinidir.
Onun bu ifadəsindən cəmi iki gün sonra – 2025-ci il 30 apreldə
polis əməkdaşı Nodar Zenaişvili Mzia Amağlobeli əleyhinə yeni
raport yazıb. Qeyd edək ki, o, daha əvvəl Mzia Amağlobeliyə qarşı
saxtalaşdırılmış inzibati iş üzrə yalan ifadə vermişdi.
Stiker yapışdırma işi üzrə isə, hakim Salix Şainidze, saxta
sənədlərə baxmayaraq, Mzia Amağlobelini hüquqpozan kimi tanıyıb və
ona 2 min lari cərimə kəsib. Eyni hərəkətə görə, indi DİN Mzia
Amağlobeliyə qarşı yeni maddə ilə təzə inzibati iş açıb. Bu işi
hakim Marianna Fomayeva 9 iyunda araşdıracaq.
Hüquq müdafiəçiləri və peşəkar hüquqşünasların fikrincə, Mzia
Amağlobeli qanunsuz həbs olunub, çünki ittihamlar qanunsuzdur və
sillə vurmaq nəinki hücum sayılmır, ümumiyyətlə, cinayət deyil.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415