ABŞ dövlət katibi Marko Rubio mayın 28-də elan edib ki, ABŞ Çin
Kommunist Partiyası ilə əlaqəsi olan və kritik sahələrdə təhsil
alanlar
da daxil olmaqla çinli tələbələrin vizalarını "qətiyyətlə" ləğv
etməyə başlayacaq. Bu barədə ABŞ Dövlət Departamentinin saytında
onun adından dərc olunan bəyanatda deyilir.
Rubio bəyanatında bildirib ki, Dövlət Departamenti Çindən və Honq
Konqdan olan gələcək
bütün viza müraciətlərinə nəzarəti
gücləndirmək üçün viza meyarlarını da yenidən nəzərdən
keçirəcək.
"ABŞ Dövlət Departamenti çinli tələbələrin vizalarının
ləğvini qətiyyətlə həyata keçirmək üçün Daxili Təhlükəsizlik
Nazirliyi ilə birgə işləyəcək", — o bildirib.
Vaşinqtondakı Çin səfirliyi məsələ ilə bağlı şərh verməyib.
Tramp administrasiyasının Harvard Universitetinin əksəriyyəti çinli
olan xarici tələbələri qəbul etmək imkanını məhdudlaşdırmasının
ardınca Çinin Xarici İşlər Nazirliyi xaricdəki çinli tələbələrin
qanuni hüquq və maraqlarını qəti şəkildə qoruyacağını bəyan
etmişdi.
"Reuters" yazır ki, əgər bu qərar ABŞ-də təhsil alan yüz minlərlə
çinli tələbənin geniş bir hissəsinə şamil olunsa, bu, Amerika
universitetləri üçün mühüm gəlir mənbəyinə və ABŞ texnologiya
şirkətləri üçün vacib olan istedadlı işçi qüvvəsi axınına təsir edə
bilər.
Rubionun bəyanatında vizaların ləğvinin hansı miqyasda olacağı ilə
bağlı ətraflı məlumat verilməyib. Lakin nisbətən az sayda tələbəyə
şamil edilməsi belə, Çindən ABŞ-yə ali təhsil almaq üçün gələn
çinli tələbələrin axınına təsir göstərə bilər.
Son onilliklər ərzində ABŞ Çinin son dərəcə rəqabətli universitet
sisteminə alternativ axtaran və Amerika universitetlərinin güclü
reputasiyasına cəlb olunan çoxsaylı çinli tələbələr üçün əsas
seçimə çevrilib. Həmin tələbələr, adətən, ABŞ universitetlərinin
yüksək təhsil haqqını ödəyə bilən varlı ailələrdən gəlirlər.
Bir çox analitiklər hazırkı ABŞ-Çin geosiyasi rəqabətini Soyuq
müharibənin yeni forması kimi qiymətləndirir. ABŞ-nin müvafiq
qurumları və Konqres Çin hökumətinin maliyyələşdirdiyi təsir
fəaliyyətləri və texnologiyalarla bağlı Amerika universitetlərində
nəzarəti gücləndirib.
Trampın birinci prezidentliyi dövründə ozamankı dövlət katibi Mayk
Pompeo ABŞ universitet kampuslarında Çin hökumətinin
maliyyələşdirdiyi Konfutsi İnstitutunun mədəniyyət mərkəzlərinin
ləğvi təşəbbüsünə rəhbərlik edib. O bildirib ki, bu mərkəzlər Çinin
qlobal təbliğatını və "zərərli" təsirini yaymaq və "casuslar və
əməkdaşlar cəlb etmək" məqsədinə xidmət edir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415