Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, Kaxeti
bölgəsində qanunsuz odlu silahlar,
döyüş sursatı və xüsusilə böyük miqdarda narkotik vasitə ələ
keçirilib – 7 nəfər saxlanılıb.
Odlu silahların və döyüş sursatının qanunsuz əldə edilməsi,
saxlanılması və daşınması, xüsusilə böyük miqdarda narkotik
maddələrin, o cümlədən çoxlu miqdarda marixuananın qanunsuz əldə
edilməsi və saxlanılması" ittihamları ilə saxlanılan şəxslər
bunlardır:
1958-ci il təvəllüdlü J.M.; keçmişdə dəfələrlə məhkum
olunmuş şəxslər: 1980-ci il təvəllüdlü Q.K., 1992-ci il təvəllüdlü
Q.P., 1967-ci il təvəllüdlü K.X., 1973-cü il təvəllüdlü Q.A.,
1996-cı il təvəllüdlü və hazırda şərti cəza altında olan N.B.,
1983-cü il təvəllüdlü İ.Q.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılan şəxslərin
üzərində, yaşayış evlərində, avtomobillərində və yardımçı
tikililərində aparılan axtarışlar nəticəsində müxtəlif növ odlu
silahlar və döyüş sursatları maddi sübut kimi götürülüb. Bunlara
aiddir: tapançalar, ov tüfəngləri, əl qumbaraları, daraqlar, çoxlu
sayda güllə və partlayıcı fitil. Eyni zamanda polis tərəfindən
xüsusilə böyük miqdarda "heroin" və qurudulmuş marixuana da
müsadirə edilib.
DİN-in məlumatına görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin
236-cı, 260-cı və 273-1-ci maddələri üzrə aparılır.
Bu cinayətlərə görə 20 ilə qədər və ya ömürlük azadlıqdan
məhrumetmə cəzası nəzərdə tutulur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415