Qali rayonunda Türkiyə və Azərbaycan vətəndaşları saxlanılıb. İşğal
altındakı Abxaziyanın qondarma "Dövlət Təhlükəsizlik Xidməti"nin
(DTX) məlumatına görə,
bu qurum Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin
Sərhəd Xidməti ilə birgə “dövlət sərhədinin qanunsuz keçilməsi
kanalını” aşkar edib və nəticədə xarici ölkə vətəndaşlarından
ibarət iki qrupu saxlayıb.
"Birinci qrupda Türkiyə vətəndaşı olan iki şəxs
var:
- – 1997-ci il təvəllüdlü Selçuk Gören, hansı ki,
əməliyyat məlumatlarına əsasən, əvvəllər sifarişli qətl törətdiyi
üçün Türkiyədə İnterpol vasitəsilə beynəlxalq
axtarışdadır;
- – 2001-ci il təvəllüdlü Doğan Bersan isə həm
qətldə, həm də narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham
olunur", – deyə qondarma qurumun bəyanatında
bildirilir.
- De-fakto qurumun məlumatına görə, 26 mayda
aşağıdakı Azərbaycan vətəndaşları saxlanılıb:
- – 1974-cü il təvəllüdlü Həsən Etibar oğlu
Əzizov;
- – 1990-cı il təvəllüdlü Namaz Təhməz oğlu
Təhmazli.
Qondarma "Dövlət Təhlükəsizlik Xidməti"nin iddiasına
görə, "Gürcüstan ərazisində cinayət məsuliyyətindən yayınmaq üçün
saxlanılan şəxslər Abxaziya ərazisində gizlənməyə cəhd
ediblər".
Azərbaycan vətəndaşlarından fərqli olaraq, tutulan Türkiyə
vətəndaşlarının hara və hansı məqsədlə gedirdikləri barədə məlumat
verilməyib.
İşğal altındakı Abxaziyanın qondarma dövlət təhlükəsizlik
xidmətinin İstintaq İdarəsi saxlanılan şəxslərə qarşı Gürcüstanın
Cinayət Məcəlləsinin 324-cü maddəsinin 2-ci bəndi (qrup halında və
ya qabaqcadan razılaşdırılmış şəkildə sərhədi qanunsuz keçmək – 2
ildən 5 ilədək azadlıqdan məhrumetmə) ilə cinayət işi açıb.
Tbilisidən hadisə ilə bağlı hələlik heç bir rəsmi açıqlama
verilməyib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415