İsrail və İran arasında münaqişənin dərinləşdiyi və qlobal neft
tədarükünü təhdid etdiyi zamanda neft qiymətləri
də bahalaşmağa davam edib və ötən həftədən bəri 7 faiz artıb.
"Brent" markalı xam neftin fyuçers qiymətləri 64 sent və ya 0.86
faiz artaraq bareli 74.87 dollara, ABŞ-nin "West Texas
Intermediate" (WTI) markalı neftinin fyuçersləri isə 76 sent və ya
1.04 faiz artaraq 73.74 dollara çatıb.
İsrail həftəsonu İranın neft və qaz infrastrukturuna zərbələr
endirib. İyunun 14-ü axşam saatlarında İranın Neft Nazirliyi
məlumat yayıb ki, İsrail ölkənin əsas yanacaq anbarına və paytaxt
Tehran yaxınlığındakı neft emalı zavoduna zərbələr endirib, ancaq
vəziyyətin nəzarətdə olduğu bildirilib.
İsrailin şənbə günü həyata keçirdiyi zərbələr nəticəsində yaranan
yanğından sonra İran qonşu Qətərlə paylaşdığı, dünyanın ən böyük
qaz yatağı hesab olunan "Cənub Pars"da hasilatı qismən
dayandırıb.
Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) üzvü olan İran hazırda
gündə 3.3 milyon barel neft hasil edir və gündəlik 2 milyon
bareldən çox neft və yanacaq ixrac edir.
İran həmçinin Hörmüz boğazı vasitəsilə neft tankerlərinin
hərəkətinə maneə törətmək barədə gizli təhdidlər edib. Bu boğaz
mühüm nəqliyyat yolu sayılır: Səudiyyə Ərəbistanı, Küveyt, İraq və
İran neftini Çin və qlobal bazara çatdırmaq üçün bu dar su yolundan
asılıdırlar.
Dünyada ümumi neft istehlakının təxminən 1/5-i bu boğazdan
keçir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415