Tbilisidə “Demokratiya və Milli Birlik Günü” münasibətilə tədbir keçirilib (FOTO)
15 iyul tarixində “Demokratiya və Milli Birlik Günü” münasibətilə Tbilisidə tədbir keçirilib. Tədbir “Uluslararası Demokratlar Birliyi (UID) Gürcüstan” tərəfindən təşkil olunub.

Proqram UID Gürcüstanın Tbilisidə yerləşən mərkəzi binasının həyətində baş tutub. Tədbirdə Türkiyə Respublikasının Tbilisidəki səfirliyinin katibi Uğur Tahnal, Azərbaycan Respublikasının səfirliyinin nümayəndəsi Cavid Məhərrəmov, Gürcüstan Müsəlmanları İdarəsinin Müftisi Etibar Eminov, Maarif Məktəblərinin rəhbəri Faruk Tekşen və dəvət

olunmuş digər qonaqlar iştirak ediblər.

Tədbir Qurani-Kərim tilavəti ilə başlayıb, daha sonra Türkiyənin dövlət himni – İstiqlal Marşı səsləndirilib. Proqram çərçivəsində 2016-cı il 15 iyulda Türkiyədə baş vermiş hərbi çevriliş cəhdini əks etdirən sənədli film nümayiş olunub.

UID Gürcüstanın rəhbəri Yusuf Taşkıran çıxışında həmin gecə Türk xalqının göstərdiyi birlik və qəhrəmanlığa toxunub. Səfirlik nümayəndələri – Uğur Tahnal və Cavid Məhərrəmov isə çıxışlarında demokratiya və milli həmrəyliyin əhəmiyyətini vurğulayıblar.

Tədbir Müftü Etibar Eminovun etdiyi dua ilə başa çatıb. Daha sonra 15 iyul hadisələri zamanı həlak olanların xatirəsinə ehsan süfrəsi açılıb.

Tədbir iştirakçıları təşkilatçılara təşəkkürlərini bildiriblər.

15 iyul çevriliş cəhdi — Qısa arayış
2016-cı il 15 iyul tarixində Türkiyədə bir qrup hərbçi tərəfindən hökumətə qarşı qanunsuz hərbi çevriliş cəhdi həyata keçirilməyə çalışılıb. Rəsmi məlumata görə, cəhdin arxasında FETÖ – Fətullahçı Terror Təşkilatı dayanırdı.

Gecə saatlarında Ankara və İstanbulda bir sıra strateji obyektlər – parlament binası, polis qərargahları və digər dövlət strukturları atəşə tutulub. Tanklar və döyüş texnikası ilə ordunun bəzi hissələri hakimiyyəti ələ keçirməyə cəhd edib.

Lakin xalqın küçələrə çıxaraq çevrilişə qarşı müqavimət göstərməsi və Prezident Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə geniş xalq dəstəyinin formalaşması nəticəsində çevriliş baş tutmayıb.

Həmin gecə 250-dən çox insan həyatını itirib, minlərlə insan yaralanıb. Bu hadisə Türkiyə tarixində demokratiyanın xalq iradəsi ilə qorunduğu gün kimi yadda qalıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print ელ. ფოსტა
FaceBook Twitter Google