Tbilisidə 21 yaşlı gənc odlu silah və güllə saxlamaqda şübhəli bilinərək saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polis Departamentinin Tbilisi Baş

İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2003-cü il təvəllüdlü A.D.-ni odlu silah və döyüş sursatının qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ittihamı ilə saxlayıblar.

Qeyd olunan əmələ görə, 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Məlumata görə, patrul inspektorları A.D.-ni onun idarə etdiyi avtomobili yoxlamaq məqsədilə saxlayıblar.

Axtarış zamanı hüquq-mühafizəçiləri sübut kimi bir ədəd tapança, 10 güllə və daraq aşkarlayaraq götürüblər.

Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri üzrə aparılır.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google