Rusiya Dövlət Duması ölkənin İnzibati Xətalar Məcəlləsinə
dəyişikliklərlə bağlı qanun layihəsi qəbul edib, məcəlləyə iki yeni
maddə daxil edilib.
Bu düzəlişlər internetdə, o cümlədən VPN-servislərdən istifadə
etməklə "ekstremist" materialların "qəsdən" axtarışına görə
cərimələrin tətbiqini nəzərdə tutur. Fiziki şəxslər üçün cərimələr
3 min rubl (65 AZN) ilə 5 min rubl (109 AZN) arasında dəyişir.
Dəyişikliklər 2025-ci il
sentyabrın 1-də qüvvəyə minəcək.
+++
Düzəlişlərlə bağlı "Forbes"a müsahibəsində hüquqşünas Stanislav
Seleznyov deyib ki, bundan əvvəl Rusiya qanunvericiliyində hər
hansı məzmunun istehlakına (baxılması və ya oxunmasına) görə
məsuliyyət nəzərdə tutulmamışdı. Yalnız həmin məzmunun yayılmasına
görə cəza tətbiq olunurdu.
Belə pozuntuları aşkar etmək üçün axtarış tarixçəsinə - ya "Google"
hesabındakı, ya da müsadirə olunmuş cihazın brauzer tarixçəsinə
baxıla bilər. Bundan əlavə, bu "pozuntu"ları aşkar etmək üçün mobil
operatorlar da hüquq-mühafizə orqanlarına kömək edə bilər. "Şəbəkə
Azadlıqları" xatırladır ki, Rusiya axtarış sistemləri və sosial
şəbəkələri hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyə,
istifadəçilərin axtarış sorğularına dair statistika toplamağa və
ötürməyə məcburdur. Bundan əlavə, yeni qanunlar küçədə polis
tərəfindən vətəndaşların cihazlarının daha tez-tez yoxlanılması
üçün əsas yarada bilər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415