Çeçenistanda saxta boşanmaların sayı artır
Çeçenistan hakimiyyəti uşaqpulu almaq məqsədilə saxta boşanmalarla yeni mübarizə metodları elan edib. İndi VVAQ orqanları müftilik təmsilçiləri ilə "sıx əməkdaşlıq" edərək boşanmayla bağlı hər bir ərizəni diqqətlə öyrənəcəklər. Məmurlar bununla saxta boşanmaların qarşısını ala, ailələri qoruya, büdcə xərclərini azalda biləcəklərini düşünürlər.

AzadlıqRadiosunun "Kavkaz.Realii" layihəsi yazır ki, saxta boşanmaların sayı məhz uşaq müavinətlərinə görə artıb. Bunu Maliyyə Nazirliyində

iclasda deyiblər. Bu müavinətlər bir çox ailələr üçün vacib gəlir mənbəyidir. Axı, respublikada işsizlik ölkədə ən yüksək həddə çatıb. Radio müxbirinin danışdığı ailələr də məhz ailə büdcəsini artırmaq üçün "kağız üzərində" boşanmaya üz tutduqlarını deyiblər.

Hökumət azgəlirli ailələrə müavinət verir. Ailədə ər, yaxud arvad yaşayış minimumundan azacıq çox qazanırsa, yardım verilməyə bilər. Qroznı sakini Fatimə iki dəfə imtina alandan sonra ərini dilə tutub ki, saxta boşanmaya razılaşsın. O, çarəsizlikdən bu addımı atdığını deyib. Onların beş uşağından biri əlil olub. O öləndən sonra ailə gəlirinin əsas hissəsindən də məhrum qalıb.

Satsita adlı qadın isə iki uşaq anasıdır. Ərindən ayrılıb ki, tənha ana olaraq dövlətdən müavinət alsın: "Onlar mənim kimiləri yalana vadar edirlər".

Çeçenistanda uşaqlara 17 yaşınadək 7 min rubldan 14 min rubladək (təxminən 70-140 dollar) aylıq uşaqpulu kəsilir. Bu məbləğ ailənin adambaşına gəlirindən asılı olaraq müəyyən edilir və regional yaşayış minimumunun 50, 75 və ya 100 faizi qədər ola bilər.

Çeçenistandan adının anonim qalmasını istəyən sosioloq da saxta boşanmaların arxasında duran əsas faktor kimi yoxsulluğu göstərib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google