Daxili İşlər Nazirliyinin məlumatına görə, dünən – 15 sentyabrda
Tbilisidə keçirilən iki istintaq tədbiri nəticəsində xüsusilə böyük
miqdarda müxtəlif növ narkotik vasitələr götürülüb.
Narkotik cinayəti ittihamı ilə isə iki nəfər saxlanılıb. Bu barədə
Tbilisi Polis Departamentinin direktoru Vaja Siradze brifinqdə
bildirib.
“Polis əməkdaşları əvvəllər dəfələrlə məhkum olunmuş, 1959-cu il
təvəllüdlü C.G. və 1979-cu il təvəllüdlü Latviyanın vətəndaşı
E.K.-ni narkotik cinayəti ittihamı ilə saxlayıblar.
Onların üzərində, avtomobillərində və müvəqqəti yaşayış evində
aparılan axtarış zamanı xüsusilə böyük miqdarda narkotik vasitələr
maddi sübut kimi götürülüb. Bunlara 12 000-ə yaxın ekstazi həbi,
520 suboteks həbi, kokain, MDMA və marixuana
daxildir”, – Siradze bildirib.
Onun sözlərinə görə, axtarış zamanı həmçinin narkotik vasitələrin
qablaşdırılması üçün lazım olan materiallar, elektron tərəzi,
yapışqan lentlər və ehtimal ki, narkotikin qanunsuz satışı
nəticəsində əldə edilmiş çoxlu miqdarda pul da maddi sübut kimi
götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə
aparılır. İttiham sübuta yetirildiyi halda, bu cinayət 20 ilədək və
ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Mənbə: Tabula
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.