Maliyyə cinayətləri törətməsinə görə məhkum edilən siyasi vəzifəli şəxslərin 30 il ərzində hər il əmlak bəyannaməsi təqdim etmək öhdəliyi olacaq

“Gürcü Arzusu” “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunu sərtləşdirir.

Qanuna ediləcək dəyişikliklərə əsasən, dövlət qulluqçularının, siyasi vəzifəli şəxslərin, A(A)İP-lərdə, İHHŞ-lərdə və dövlət müəssisələrində çalışan şəxslərin, əgər onlara xidməti və ya maliyyə cinayətlərinə görə ittiham hökmü çıxarılıbsa antikorrupsiya bürosuna hər il – 30 il ərzində əmlak vəziyyəti haqqında bəyannamə təqdim etmək öhdəliyi olacaq.

Fraksiyanın rəhbəri, parlament çoxluğunun lideri İrakli

Kirtsxalia parlamentdə keçirilmiş brifinqdə qanunvericilik təşəbbüsü barədə danışıb.

Onun sözlərinə görə, dəyişikliklər qüvvəyə mindikdən sonra konkret xidməti cinayətlərdə ifşa olunmuş şəxslərin əmlak vəziyyətinə 30 il ərzində aktiv nəzarət və monitorinq aparmaq mümkün olacaq. Bu isə, Kirtsxalianın dediyinə görə, onların mənimsədikləri əmlakı leqallaşdırmasına və şəxsi maraqları üçün istifadə etməsinə, hətta cəza çəkdikdən sonra da, imkan verməyəcək.

“Gürcü Arzusu – bizim siyasi komandamız hakimiyyətə gəldiyi gündən korrupsiyaya qarşı mübarizə əsas prioritetlərdən biridir. Bu istiqamətdə son 13 ildə mühüm nəticələrə nail olmuşuq ki, bunu beynəlxalq tədqiqatlar və reytinqlər də təsdiqləyir. Gürcüstan regionda korrupsiyaya qarşı mübarizə və antikorrupsiya islahatları sahəsində ön sıradadır və bir çox Avropa dövlətlərini qabaqlayır. Buna baxmayaraq, əldə olunanla kifayətlənmək niyyətində deyilik və korrupsiyanın azlığına görə dünyanın ən yaxşı üç ölkəsi sırasına daxil olmaq hədəfinə sadiq qalırıq.

Məhz buna görə də, korrupsiyaya qarşı barışmaz mübarizəyə dair Gürcüstan Baş naziri tərəfindən elan olunan kursu parlament də tam dəstəkləyir. Bu prosesdə xüsusi xidmət orqanlarının rolu böyükdür. Onların əsas prioritetlərindən biri xidməti cinayətlərin, maraqların toqquşmasının və korrupsiya faktlarının, o cümlədən “elit korrupsiya”nın qarşısının alınması və aşkar edilməsidir.

Son dövrdə Dövlət Təhlükəsizliyi Xidmətinin korrupsiyaya qarşı mübarizə istiqamətində həyata keçirdiyi tədbirlər və aşkar etdiyi cinayətlər bir daha göstərir ki, dövlət bu tip cinayətlərə qarşı barışmaz və güzəştsizdir.

Gələcəkdə korrupsiyaya qarşı mübarizənin daha effektiv mexanizmlərinin yaranması üçün Gürcüstan parlamentində yeni qanunvericilik təşəbbüsü hazırlanıb. Dəyişikliklərə əsasən, antikorrupsiya bürosuna 30 il ərzində antikorrupsiya bürosuna hər il – 30 il ərzində əmlak vəziyyəti haqqında bəyannamə təqdim etmək öhdəliyi olacaq.

Bu dəyişikliklər korrupsiya sövdələşmələrinə girərək gəlir əldə etməyə, sonra isə gəlirləri leqallaşdıraraq uzun müddət şəxsi maraqlarını təmin etməyə çalışan şəxslərə birbaşa siqnaldır. İctimaiyyətə izah etmək istəyirəm ki, dəyişikliklər qüvvəyə mindikdən sonra xidməti cinayətlərdə ifşa olunmuş şəxslərin əmlak vəziyyətinə 30 il ərzində aktiv nəzarət mümkün olacaq. Bu isə onların mənimsədikləri əmlakı leqallaşdırmasına və şəxsi məqsədlə istifadəsinə, cəza çəkdikdən sonra belə, imkan verməyəcək.

Biz korrupsiyaya qarşı barışmaz mübarizəni mütləq davam etdirəcəyik!

İnanıram ki, cəmiyyətin dəstəyi ilə biz bu iddialı məqsədə – korrupsiyanın azlığına görə dünya ölkələrinin ən yaxşı üçlüyünə daxil olmağa mütləq nail olacağıq”,
– deyə İrakli Kirtsxalia bildirib.

Dəyişiklik hansı cinayətlərə aiddir

Parlamentin yaydığı press-relizə əsasən, dəyişikliklər Cinayət Məcəlləsinin aşağıdakı maddələrinə şamil olunur:

  • 180-ci maddə, III hissə, “a” və “b” bəndləri – dələduzluq (vəzifə səlahiyyətlərindən istifadə etməklə və ya böyük miqdarda törədildikdə);
  • 181-ci maddə, II hissə, “g” bəndi – böyük miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu yolu ilə tələb etmə;
  • 182-ci maddə, II hissə, “d” və III hissə, “b” bəndləri – mənimsəmə və ya israf etmə (vəzifə səlahiyyətlərindən istifadə etməklə və ya böyük miqdarda törədildikdə);
  • 186-cı maddə, II hissə, “d” və III hissə, “b” bəndləri – cinayət yolu ilə əldə olunmuş əmlakın qabaqcadan bilə-bilə alınması və ya satılması (vəzifə səlahiyyətlərindən istifadə etməklə və ya böyük miqdarda törədildikdə);
  • 194-cü maddə – qanunsuz gəlirlərin leqallaşdırılması, pul yuyulması;
  • 194¹ maddə – qanunsuz gəlirlərin leqallaşdırılması yolu ilə əldə olunmuş əmlakdan istifadə, onun alınması, saxlanılması və ya satılması;
  • 195¹ maddə – dövlət satınalmalarında iştirak qaydalarının pozulması;
  • 205¹ maddə, III hissə, “b” bəndi – əmlakın saxta və/və ya aldadıcı sövdələşmə ilə gizlədilməsi (vəzifə səlahiyyətlərindən istifadə etməklə);
  • 214-cü maddə, II və V hissə, “b” bəndi – gömrük sərhədində malların hərəkəti qaydalarının pozulması (xüsusilə böyük miqdarda və ya vəzifəli şəxs tərəfindən səlahiyyətlərdən istifadə etməklə);
  • 218-ci maddə – vergidən yayınma;
  • 237-ci maddə, III hissə, “g” bəndi – silah, sursat, partlayıcı maddə və ya qurğunun qanunsuz ələ keçirilməsi və ya hədə-qorxu yolu ilə tələb edilməsi (vəzifə səlahiyyətlərindən istifadə etməklə);
  • 264-cü maddə, III hissə, “a” bəndi – narkotik vasitələrin, onların analoqunun, prekursorların, psixotrop və ya güclü təsirli maddələrin qanunsuz ələ keçirilməsi və ya hədə-qorxu yolu ilə tələb olunması (vəzifə səlahiyyətlərindən istifadə etməklə);
  • 286¹ maddə, III hissə, “a” və “b” bəndləri – kompüter məlumatına və/və ya sisteminə müdaxilə etməklə maliyyə qazancı əldə etmək (vəzifə səlahiyyətlərindən istifadə etməklə və ya böyük maliyyə ziyanına səbəb olduqda);
  • 332-ci maddə – vəzifə səlahiyyətlərindən sui-istifadə;
  • 333-cü maddə – vəzifə səlahiyyətlərinin aşılması;
  • 334-cü maddə – təqsirləndirilənin cinayət məsuliyyətindən qanunsuz azad edilməsi;
  • 335-ci maddə – izahat, ifadə və ya rəyi verməyə məcbur etmə;
  • 337-ci maddə – sahibkarlıq fəaliyyətində qanunsuz iştirak;
  • 338-ci maddə – rüşvət alma;
  • 339-cu maddə – rüşvət vermə;
  • 339¹ maddə – nüfuzdan sui-istifadə (zərgərliklə ticarət);
  • 340-cı maddə – qanunla qadağan olunmuş hədiyyə qəbul etmə;
  • 341-ci maddə – vəzifə saxtakarlığı;
  • 342-ci maddə – xidmətdə səhlənkarlıq;
  • 342¹ maddə – xüsusi penitensiar xidmət əməkdaşının və ya ona bərabər şəxsin xidmətdə qaydaları pozması.

Məsələn, müdafiə naziri olmuş Cuanşer Burçuladze 194-cü və 332-ci maddələrlə nəzərdə tutulmuş cinayətlərdə ittiham olunur. Əgər məhkəmə onu bu maddələr üzrə təqsirli bilsə, “Gürcü Arzusu”nun yeni təşəbbüsü ilə nəzərdə tutulan dəyişikliklər ona da şamil oluna bilər.

Qanun, həmçinin Müdafiə Nazirliyinin saxlanılmış yüksək vəzifəli şəxslərinə, eləcə də iqtisadiyyat nazirinin keçmiş müavini Romeo Mikautadzeyə də şamil oluna bilər. O da Cuanşer Burçuladze ilə eyni maddələrlə ittiham olunur.

Mənbə: Publika


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google