Gürcüstanda miqrasiya qaydalarını pozan 21 əcnəbi saxlanılıb
Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində keçirilən xüsusi miqrasiya nəzarəti tədbiri nəticəsində 21 əcnəbi vətəndaş saxlanılıb.

Departamentin məlumatına görə, əldə olunmuş informasiyaya əsasən əməkdaşlar ölkədə qanunsuz şəkildə yaşayan əcnəbilərin müəyyən edilməsi məqsədilə konkret ünvanlarda yoxlamalar aparıblar.

Aparılan kompleks tədbirlər nəticəsində Hindistan, Çin, Pakistan, Banqladeş, İran və Misir vətəndaşlarından ibarət 21

nəfər əcnəbi saxlanılıb. Müəyyən olunub ki, onlar Gürcüstanda “Xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanunun tələblərini pozaraq yaşayırdılar.

Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin Müvəqqəti Saxlanma Mərkəzində yerləşdiriliblər və ölkədən çıxarılmaları üçün müvafiq prosedurlar aparılır.

Miqrasiya Departamenti bildirir ki, xüsusi miqrasiya nəzarəti tədbirləri mütəmadi olaraq həyata keçirilir və məqsəd “Xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanunun effektiv icrasını təmin etməkdir.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google