BMT: Qəzzada binaların 80%-dən çoxu dağıdılıb və ya zədələnib, Qəzza şəhərində isə bu göstərici 92%-dir

Hazırda Qəzzada bərpa işlərinə ehtiyacı qiymətləndirən BMT-nin İnkişaf Proqramı (UNDP) bildirib ki, bölgədəki binaların 80%-dən çoxu

dağıdılıb və ya zədələnib, – bu barədə BBC məlumat yayıb.

BMT-nin məlumatına görə, Qəzza şəhərinin özündə bu göstərici 92%-ə çatır.

UNDP-nin qiymətləndirməsinə əsasən, Qəzzada ən azı 55 milyon ton dağıntının təmizlənməsi tələb olunur. Bəzi təmizləmə işləri artıq başlayıb, lakin ərazidə

qalan partlamamış döyüş sursatları bu prosesi ciddi şəkildə ləngidir.

BMT, Avropa İttifaqı və Dünya Bankının apardığı hesablamalara görə, Qəzza sektorunu yenidən yaşayış üçün yararlı vəziyyətə gətirmək üçün ən azı 70 milyard dollar lazımdır.


Mənbə: İnterPressNews


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google