Azərbaycan Gürcüstandakı azərbaycandilli məktəblərə dərslik və metodik vəsaitlər göndərib
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi 2025-2026-cı tədris ili üçün Gürcüstanın azərbaycandilli orta məktəblərinə dərslik və metodik vəsaitlər göndərib.
Məlumatı AZƏRTAC yayıb.

Dərs vəsaitləri bu gün, oktyabrın 15-də Azərbaycanın Gürcüstandakı səfirliyi vasitəsilə Gürcüstan Təhsil və Elm Nazirliyinə təqdim edilib.

Azərbaycan səfirliyinin əməkdaşı Ramiz Hacızadə bildirib ki, azərbaycanlı şagirdlər üçün dərsliklər Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə

1994-cü ildən göndərilir. Hazırda Prezident İlham Əliyevin tapşırığına əsasən, bu ənənə uğurla davam etdirilir.

Məlumata əsasən, 2025-2026-cı tədris ili üçün Gürcüstanda Azərbaycan dilində təhsil alan I-XI sinif şagirdlərinə 18 adda, 21 179 nüsxə “Azərbaycan dili” və “Ədəbiyyat” dərslikləri göndərilib. Kitablar Gürcüstan Təhsil və Elm Nazirliyi vasitəsilə azərbaycandilli məktəblərə paylanacaq.

Gürcüstan Təhsil və Elm Nazirliyinin əməkdaşı Keti Çxobadze bildirib ki, hər iki ölkənin müvafiq nazirlikləri arasında sıx əməkdaşlıq mövcuddur. O qeyd edib ki, dərsliklərin göndərilməsi etnik azərbaycanlılara olan dəstəyin və qarşılıqlı əməkdaşlığın nümunəsidir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print ელ. ფოსტა
FaceBook Twitter Google