Yanvar ayından pensiyalar artırılacaq — kim nə qədər alacaq?
Parlamentə artıq 2026-cı ilin dövlət büdcə layihəsinin redaktə olunmuş variantı təqdim edilib. Parlamentin Bürosunun qərarına əsasən, ölkənin əsas maliyyə sənədinin yenilənmiş layihəsinin müzakirəsi 4–10 noyabr tarixlərində komitələrdə baş tutacaq.

Yeni layihəyə görə, 2026-cı ilin yanvarından yaşa görə pensiyalar artırılacaq.

Artım məbləğləri belə olacaq:

70 yaş və yuxarı şəxslərin pensiyası 45 lari artırılaraq 495 lari olacaq.
  • Dağlıq bölgələrdə bu məbləğ təxminən 594 lari təşkil edəcək.
70 yaşadək şəxslərin pensiyası 20 lari artırılacaq və 370 lari olacaq.
  • Dağlıq

    bölgələrdə isə 444 lari olacaq.
Sənəddə həmçinin deyilir ki, 18 yaşadək əlilliyi olan şəxslərin sosial müavinəti 45 lari, digər kateqoriyalardakı əlillərin müavinəti isə 20 lari artırılacaq.

Ümumilikdə sosial proqramlara 7 milyard lari, səhiyyə proqramlarına isə 2,1 milyard laridən çox vəsait ayrılacaq.

Bura ilkin səhiyyə işçilərinin maaşlarının 10%-lik artırılması və köçkünlərin mənzillə təminatı üçün 240 milyon lari vəsaitin ayrılması da daxildir.

Hazırda (2025-ci ilin vəziyyətinə görə):
  • 70 yaşadək şəxslərin pensiyası 350 lari, dağlıq ərazilərdə 420 laridir.
  • 70 yaş və yuxarı şəxslərin pensiyası 450 lari, dağlıq bölgələrdə isə təxminən 540 lari təşkil edir.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google