Parlamentdə 2026-cı ilin büdcə layihəsinin işlənmiş versiyasının müzakirəsi bu gün başlayır
“Gürcü Arzusu” hökuməti parlamentə 2026-cı ilin dövlət büdcəsinin işlənmiş variantını təqdim edib ki, bunun da ilkin təqdimatla əhəmiyyətli fərqi yoxdur. Parlament bürosunun qərarına əsasən, Maliyyə və Büdcə Komitəsinin hazırladığı cədvəl üzrə büdcə layihəsinin müzakirəsi 4 noyabrdan başlayacaq və 10 noyabradək davam edəcək.

Büdcə parametrləri:
  • Büdcənin ümumi xərcləri 30,5 milyard laridə saxlanılır, bu isə 2025-ci ilin büdcəsi

    ilə müqayisədə 2,5 milyard lari çoxdur.
  • Vergi gəlirləri də dəyişməz qalır – 23 milyard lari, cari illə müqayisədə 1,15 milyard lari çoxdur.
  • Xarici kreditlərin parametri də dəyişməzdir – 3,41 milyard lari.
Ən böyük artımlar:
  • Səhiyyə Nazirliyi – 800 milyon lari artım, nəticədə büdcəsi 9,6 milyard lari olacaq. Artımın əsas səbəbi əhalinin pensiya təminatı üçün ayrılan vəsaitin çoxalmasıdır.
  • İnfrastruktur Nazirliyi – büdcəsi 3,1 milyard lari, illik azalma 28 milyon lari.
  • Təhsil, Elm və Gənclər Nazirliyi – büdcəsi 2,6 milyard lari, 470 milyon lari azalma.
  • Müdafiə Nazirliyi – 1,8 milyard lari (artım 70 milyon lari).
  • Daxili İşlər Nazirliyi – 1,47 milyard lari (artım 78 milyon lari).
  • İqtisadiyyat Nazirliyi – 1,14 milyard lari (artım 195 milyon lari).
Büdcənin son variantının təsdiqi parlamentin plenar sessiyasında noyabr ayının sonunda planlaşdırılır.

Mənbə: BM


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google