Marneuli yerli özünüidarəsi “Marneuloba – 2023” qeyd olunması üçün
tender elan edib.
Marneuli meriyası tədbirin təşkil edilməsi xidməti üçün 161 750
lari dəyərində tenderi 8 avqust tarixində elan edib.
Tender təklifinə görə, indiki mərəhəldə “Marneuloba-2023”-ün nə
zaman keçiriləcəyi məlum deyil.
“Mədəni tədbirlərə Marneuli bələdiyyəsində yaşayan
bütün kəndlərin fərqli etnik mənşəli sakinləri qoşulacaqlar. Bu
onları daha da yaxınlaşdıracaq və onların dinc yaşamasına dəstək
olacaq. Belə tədbirlərdən biri “Marneuloba 2023” olacaq. Tədbir hər
il keçiriləcək və ənənəvi xarakter daşıyacaq.
Tədbirin hazırlanması prosesində səlahiyyətli qrup yaradılmalıdır
və həmin qrup Marneuli bələdiyyəsinin icmalarında hazırlıq işlərii
həyata keçirəcək. Hazırlıq işlərinin məqsədi insani (rəqqasə,
müğənni, natiq, şair, yazıçı, rəssam, sənətkar) və ya başqa növ
(qədimi əşyalar, əl ilə toxunmuş xalçalar, qədim musiqi alətləri,
kulinariya reseptləri) resurs, folklor nümunələri qalmış ailələr
axtarmaq və kəşf etməkdir. Həmçinin, yerli fermerlər və
sahibkarlarla məsləhətləşmələr olacaq. Ümumilikdə bu insanların
iştirakı ilə bir növ mədəni tədbirlər keçiriləcək. Onlar arasında
“Marneuloba - 2023” də var”, - tədbirin layihəsində
qeyd olunub.
“Marneuloba - 2023" layihəsinə görə, tədbirdə 18 icma və hər icmaya
məxsus ənənələr, mədəniyyət, musiqili nömrələri təqdim
olunacaq.
“Regiona daxil olan bələdiyylərdən qonaqlar dəvət
olunacaqlar və onlar özlünəməxsus ənənəvi guşələri təmsil
edəcəklər. Fermer və sahibkarlara xüsusi sərgi məkanı ayrılacaq,
“Etno-bazar” da olacaq, bələdiyyə ərazisində istehsal olunan kənd
təsərrüfatı məhsulları və başqa məhsulların satışı təşkil
olunacaq.
Əyləncə məkanında nağaraçılar şousu, animatorlar şousu, uşaq
attraksionları, kukla teatrı təqdim olunacaq. Abidənin ərazsidinə
konsert səhnəsi yerləşdiriləcək və tədbirin birinci hissəsi yerli
xoreqraf, vokal qruplara, fərdi ifaçılara həsr olunacaq. Axşam
saatlarında müğənnilərin və musiqi qrupunun iştirakı ilə qala
konsert olacaq.
Tədbir möhtəşəm atəşfəşanlıqla başa çatacaq”, -
tədbirin layihəsində qeyd olunub.
“Marneuloba-2023”-də mükafatlandırma mərasimi də baş tutacaq.
Mərasimdə fəxri vətəndaş, ilin ən yaxşı idmançısı və ən yaxşı
sənətçisi mükafatlandırılacaq. Onlara metaldan hazırlanmış “Yenə də
böyüyəcəklər” abidəsi və 1000 lari pul təqdim olunacaq.
Tenderdə iştirak etmək istəyən şirkətlər 18 avqustdan 21 avqusta
qədər öz təkliflərini təqdim edə bilərlər.
Tender sənədlərinə görə, xidmət sifariş verənlə razılıq əsasında
2023-cü ilin sentyabr ayının ikinci yarsında göstərilməlidir.
Planlaşdırılan tədbirlərin həyata keçirilməsi konkret tarix və yer
sifarişçi ilə razılaşdırılacaq.