Universitetlərdə qrant qazanmış Marneulili tələbələr
Mariam Muradasilova, Anastasia Kobaxidze, Nutsa Şubitidze, Linda və Lana Tsutskiridzelər, Tekla Qelenidze, Nika Çerpanovi, Meriko Cavaxidze – bu vahid milli imtahanlarda maliyyələşdirmə qazanan Marneulili məzunların siyahısıdır.

Marneuli 5 saylı ictimai məktəbinin məzunu Mariam Muradasilova 100%-lik qrant qazanıb. O, Qafqaz Universitetinin hüquq fakültəsində tam maliyyələşdirmə ilə təhsil alacaq.

“Uşaqlıqdan məqsədlərini müəyyən etmişdim, hüquqşünasçılar ailəsində böyümüşəm, ona görə ə peşə seçməkdə çətinlik çəkmədim, Qafqaz Universitetində hüquq fakültəsinə qəbul oldum. Bütün il ərzində öz imkanlarımı maksimum inkişaf etdirmək üçün çalışırdım. Ona görə də yekun nəticəni görmək məni çox sevindirdi. Bunların hamısı mənə özümə inanmağa kömək etdi və bir daha zəhmətin mütləq dəyərləndirildiyini öyrətdi. Yaxınlarının, xüsusilə isə valideynlərinin sənin uğurunla necə fəxr etdiklərini görmək heç nə ilə müqayisə olunmaz. Həmin məqamda başa düşürsən ki, dəyərli nəyəsə nail olubsan və onların ümidini doğruldubsan. Mənə həmişə dəstək olan, imkanlarıma inanan öz məktəbimi və qeyri-adi müəllimlərimi mütləq qeyd etməliyəm”, – Mariam Muradasilova bildirib.

Marneuli 6 saylı ictimai məktəbinin məzunu Anastasia Kobaxidze 70%-lik qrant qazanıb. O, Tbilisi Azad Universitetində Beynəlxalq Əlaqələr fakültəsində təhsil alacaq. Anastasia qeyd edir ki, onun zəhməti öz nəticəsini verib.

“Mənim nəticəm olduqca gözlənilməz idi. Çünki ilk prioritet olaraq TDU-nun beynəlxalq əlaqələrini yazmışdım, ikinci prioritet olaraq seçdiyim Azad Universitetə qəbuı oldum. Bu böyük, xoş xəbər olması ilə yanaşı həm də gözlənilməz idi. Ancaq yavaş-yavaş dünyanın mənə nə qədər böyük hədiyyə etdiyini dərk edirəm və sanki Universitet özü məni seçib, çünki mən TDU ilə Azad Universitet arasında seçim edə bilmirdim. Xoşbəxtəm ki, zəhmətim öz nəticəsini verdi və öz abituriyentliyimi uğurla başa vurdum. Dostlarımın və tanışlarımın uğuru da özümünkü qədər məni sevindirdi. Bu yolu keçən, bu çətin yolu birlikdə arxada qoyduğumuz bütün abituriyentlər ilə qürur duyuram. Mənim üçün çox yaddaqalan və xoş il idi”, – Anastasia Kobaxidze bildirib.

Nutsa Şubitidze 50%-lik qrantla Gürcüstanın İctimai İşlər İnstitutu GİPA-ya qəbul olub. Marneuli 6 saylı ictimai məktəbinin məzunu bildirir ki, psixologiya fakültəsinə qəbul olub. Uzun zamandır maraqlandığı
peşə üzrə təhsil alacaq.

“Nəticələrin açıqlanması abituryentlik ilə yanaşı olan təlaşa və imtahanlardan yaranmış stresə son qoydu. Yəqin mənim üçün ən xoş olan bu idi ki, az da olsa çətinlikləri arxada qoya bildim və özüm üçün ümidlərimi doğrultdum. Əlbəttə, həmişə yaxşı gözləntimi var, amma topladığıç motivasiyanı tələbəliyim üçün saxlayacağam. GİPA-nın psixologiya fakültəsinə qəbul olmuşam. Ümumiyyətlə, bu yaşda öz gələcəyimizin harada davam edəcəyinə, hansı universitetin bizim “ümidlərimizi doğrulda” biləcəyinə qərar vermək ayrıca çətinlik, stressdir. Çoxsaylı axtarışın və fikirin dinlənməsindən sonra yenə də bu universitet, bu fakültə istədiyim idi. Mənim inkişafım üçün bunun ən yaxşı olduğunu düşünürdüm”, – Nutsa bildirir.

Marneuli 6 saylı ictimai məktəbinin məzunu Tekla Qelenidze 50%-lik qrantla İvane Cavaxişvili Universitetinə, hüquq fakültəsinə qəbul olub.

“Bu emosiya mənim üçün unudulmaz olacaq. Tam fərqli həyata başlamaq və çoxsaylı çatışmazlıqlar ilə dolu yeni mərhələyə keçmək çox xoşdur. Ümumiyyətlə, bu gün özünü tapmaq çox çətindir. Çünki seçim olduqca böyükdür. Buna baxmayaraq, bu ixtisasi seçməyə insan hüquqlarının müdafiəsi və onların toxunulmazlığının problemli olması faktına görə qərar verdim. Bu mühüm peşəyə öz töhfəmi vermək istəyirəm. Bütün tələbələri yeni mərhələyə keçid münasibətilə təbrik edirəm və uğurlar arzulayıram”.

Marneuli 5 saylı ictimai məktəbinin məzunu Nika Çerpanov 50%-lik qrant qazanıb. O, İlia Dövlət Universitetinin beynəlxalq əlaqələr fakültəsində qrantla təhsil alacaq. Nika Gürcüstanda son zamanlarda baş vermiş hadisələr ilə bağlı bu fakültəyə qəbul olmağa qərar verib. 

“Elm və İncəsənət fakültəsinə, konkret olaraq beynəlxalq əlaqələr istiqamətinə qəbul olmuşam. Gürcüstanın son dövrlərdəki vəziyyətindən irəli gələrək, bu sahəyə müraciət etmək istəyimi daha da dərinləşdirdi. Bu sahəni seçdim və uzun zamandır istəyirdim. Gücüstanın inkişafıa öz töhfəmi verməyə və onun gələcəyi üçün mübarizə aparmağa çalışacağam”, – Nika bildirir.

6 saylı ictimai məktəbin məzunları, Marneuli sakini olan ekizlər, Linda və Lana Tsutskiridzelər də 50%-lik qrant qazanıblar. Onlar eyni universitetə, eyni fakültəyə, eyni qrantla qəbul olublar. Bacılar İlia Dövlət Universitetində beynəlxalq əlaqələr fakültəsində təhsil alacaqlar.

“Öz balımı gördükdən sonra başa düşdüm ki, öz zəhmətinlə nəyəsə nail olmaq necə böyük xoşbəxtlikdir. Bu nəticəni gözləyirdim, çünki bütün il ərzində bunun üçün çalışmışam. Nəticələrə bərabər baxdıq və bu çox həyəcanlı idi. Bir yerdə qəbul olmağımıza isə daha çox sevindik”, – Lana Tsutskeridze bildirir.

“Bu, xoş bir hiss idi, işimin nəticəsini görəndə çox sevindim. Nəticələri bacım və anamla birlikdə açdım, təbii ki, bizim üçün çox həyəcanlı idi, müsbət emosiyalardan başqa heç nə ifadə edə bilmədik. İliyaya düşmək mənim üçün vacib idi və mən çox şadam ki, qeydiyyatdan keçdim”, – Linda Tsutskiridze müsahibəsi zamanı dedi.

Marneuli 6 saylı dövlət məktəbinin məzunu Meriko Cavaxidze 50% maliyyə ilə Tbilisi Dövlət Universitetində təhsil alacaq.

“Sosiologiya və siyasi elmlər fakültəsinə - sosiologiyaya qəbul olmuşam. Emosiya və hisslərə gəldikdə isə bu həqiqətən müqayisə edilməzdir. Öz zəhmətinin nəticəsini görürsən, bu il mənim üçün yəqin ki, öz çətinlikləri ilə ən yaddaqalan il olacaq. Ancaq yekun olaraq yenə də böyük sevinc hissi, böyük təcrübə qazandım”, – Meriko bildirir.

Qeyd: Bu tələbələr Marneulidə qrant qazanların tam sayını göstərmir. Rəqəm daha çox ola bilər.

Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzinin məlumatına görə, bu il ali təhsil müəssisəsinə 32 000-dən artıq abituriyent qəbul olub. 2024-cü ildə 11600-dən artıq tələbənin təhsil haqqı maliyyələşdirilib. 6500-dən artıq abituriyent dövlət qrantı qazanıb. Buradan 1000-dən artıq aplikant 100%-lik, 1400-dən artıq 70%-lik, 4000-dən artıq abituriyent isə 50%-lik dövlət qrantı əldə edib.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« ნოემბერი 2024 »»
28293031 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1