“Marneuloba 2024”-ün qeyd olunması neçəyə başa gəlib
“Marneuloba 2024”-ün qeyd edilməsi Marneuli meriyasına 168 898 lariyə başa gəlib. Bələdiyyə tərəfindən elan edilmiş tenderə əsasən, “Marneuloba-2024” üçün meriya, kitabxana, Mədəniyyət Evinin binasının təmizlənməsinə 3 800 lari xərclənib.

Tədbirin təşkil edilməsi üçün 155 101 lari xərclənib, Marneuobada hökumət qurumları nümayəndəllərinə 9 997 lariyə süfrə açıblar.

Üç tenderdən ikisi sadələşdirilmiş qaydada alınıb:
  • 9 997 lari – hökumət qurumu nümayəndələrinin qarşılanması

    – fərdi sahibkar Vladimer Kimadze
  • 3 800 lari – binaların təmizlənməsi – fərdi sahibkar Elvar Məmmədov
155 101 lari dəyərindəki daha bir tenderdə 3 namizəd iştirak edib, qalib olaraq Miks-Studio MMC seçilib.

Qeyd olunan şirkət “Marneuloba”da müxtəlif tədbirlərin keçirilməsini təmin edib. Həmçinin, Azərbaycandan müğənni Roza Zərgərlini gətiriblər və o, Azərbaycan dilindən başqa rus dilində də mahnı oxuyub. Yerli sakinlərin əksəriyyəti buna narazılığını bildirib.

Marneuli Bələdiyyə Məclisinin qərarı ilə “Marneuloba” xalq bayramıdır və o, hər il qeyd olunmalıdır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google