Abazov və İvanişviliyə söydüyünə görə "VMH"-ın üzvünə öz sidiyi ilə sifətini yuduzdurublar

Marneuli meri Temur Abazovun dediyinə görə, ailə üzvlərinin təhqir olunduğu görüntülərdən xəbəri yoxdur.


Videomaterial sosial şəbəkədə paylaşıldıqdan sonra minlərlə baxış və paylaşım olub. Buna baxmayaraq Temur Abazov bildirir ki, şahid qismində polis idarəsinə çağırılan Marneuli sakininin onun ailə üzvlərini təhqir etdiyi haqda indi eşidir. Abazov bildirdi ki, əgər məsələ Marneuli polisinə məlumdursa, onun məlumat alması çətin olmayacaq, Marneuli polisi ilə sıx münasibətləri var.



Rustaveli prospektində Zaza Saralidzeyə dəstək aksiyasında iştirak edən Marneuli sakini Elçin Allahverdiyev facebook vasitəsilə canlı yayımda Temur Abazov və Bidzina İvanişvilinin ailə üzvlərini təhqir edib.



Allahverdiyevin təhqiramiz ifadələr işlətdiyi video sosial şəbəkədə 11 iyun tarixində yayılıb. Daha sonra yayılmış bir videomaterialda onun facebookda yazıldığına görə, sidik olduğu ehtimal edilən maye ilə üzünü yuduğu görünür.



11 iyun tarixində Allahverdiyevin üzr istədiyi daha bir videomaterial yayılıb və sosial şəbəkədə yayılmış məlumata görə, video qeydə alınan zaman Temur Abazov da orada olub. Lakin o, özü bunu inkar edir.



“Marneuli” radiosunun əməkdaşları 12 iyun tarixində Allahverdiyevin evində olublar. Həmin vaxt o, dindirilmək üçün polis əməkdaşları tərəfindən Marneuli polis bölməsinə aparılıb. Onun polis bölməsinə aparılmasının videomaterial ilə əlaqəli olub olmaması məlum deyil.

Daxili İşlər Nazirliyindən aldığımız məlumata görə, o, polis idarəsinə bir məsələ ilə bağlı şahid qismində çağırılıb. Lakin konkret hansı məsələ olduğu barədə məlumat verilmir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები