Marneuli 22 saylı Dairə Seçki Komissiyasının sədri Koba Asanidzenin
dediyinə görə, 49 saylı məntəqədə komissiya üzvləri bir şəxsin iki
dəfə səs verməsi halını təkzib edirlər.
Marneuli 22 saylı Dairə Seçki Komissiyasının sədri Koba Asanidze
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirib ki, qanun pozuntusu
baş verməyib və məntəqənin bağlanmasına heç bir əsas yoxdur.
Gənc
Hüquqşünaslar Assosiasiyası 49 saylı seçki məntəqəsinin
bağlanmasını və səslərin etibarsız sayılmasını tələb edir
Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası Qızılhacılıda yerləşən
49 saylı seçki məntəqəsinin bağlanmasını və səslərin etibarsız
sayılmasını tələb edir. Bu barədə təşkilatın rəhbəri keçirdiyi
fövqəladə brifinqdə məlumat verib.
Sulxan Saladzenin bildirdiyinə görə, təşkilatın müşahidəçiləri
həmin məntəqədə bir sıra saxtalaşdırma faktları, o cümlədən ikinci
dəfə səs verməyə cəhd faktları qeydə alınıb.
Bir halda 48 saylı seçki məntəqəsində qeydiyyatda olan Sənan
Bədəlov adlı seçicinin 49 saylı seçki məntəqəsində bir dəfə səs
verib və ikinci dəfə səs verməyə cəhd edib. Digər bir halda isə
Ramin Ziyadəliyev adlı seçici həmin məntəqədə ikinci dəfə səs
verməyə cəhd edib. Həmin seçici barədə məlumatları Mərkəzi Seçki
Komissiyasının axtardıqda aydın olub ki, ümumiyyətlə seçicilərin
ümumi siyahısında bu adda seçici yoxdur. Belə seçici seçkilərin
birinci turu zamanı da siyahıda olmayıb.
Marneuli 22 saylı Dairə Seçki Komissiyasının sədri Koba Asanidzenin
dediyinə görə, 49 saylı məntəqədə komissiya üzvləri bir şəxsin iki
dəfə səs verməsi halını təkzib edirlər. Marneuli 22 saylı Dairə
Seçki Komissiyasının sədri Koba Asanidze “Marneuli” radiosu ilə
söhbəti zamanı bildirib ki, qanun pozuntusu baş verməyib və
məntəqənin bağlanmasına heç bir əsas yoxdur.
"Marneuli" radiosu