სიახლე
Marneuli Dairə Seçki Komissiyası Əli Bədirovu müstəqil namizəd kimi qeydiyyata aldı

Marneuli meri vəzifəsinə müstəqil namizəd Əli Bədirov artıq rəsmi olaraq Marneuli Seçki Dairəsində qeydiyyatdan keçib.


“995 imza saydıqdan sonra qeydiyyatdan keçirməyə qərar verdilər. Bu gün nömrə də təyin etdilər və nömrəm 42 olacaq”, – Bədirov dedi.

Əli Bədirov Marneuli Dairə Seçki Komissiyasını mer vəzifəsinə müstəqil namizədliyinə mane olmaqda ittiham edirdi və deyirdi ki, Marneuli Dairə Seçki Komissiyası imzaların toplanılmasında onun özünün də məsul şəxs olmasına qarşı idi.

Mer vəzifəsinə 4 namizədin adı artıq məlumdur. Əli Bədirov Marneuli meri vəzifəsi uğrunda müstəqil şəkildə mübarizə aparacaq yeganə namizəddir. Mer vəzifəsinə növbədənkənar seçkilər 19 may tarixində keçiriləcək.


 

FaceBook Twitter Google
მსგავსი სიახლეები
დაიცავი დისტანცია