“Salam” platforması “WhatsaApp” qrupları ilə koronavirusla bağlı məlumat paylaşırlar
“Salam” platforması koronavirus təhlükəsi ilə bağlı insanları məlumatlandırmaq üçün “WhatsaApp” qrupu yaradıb.

Platformanın üzvləri bu qrupdan istifadə edərək Gürcüstanın müxtəlif regionlarında yaşayan insanları maarifləndirmək üçün smslər vasitəsi ilə lazımi məsləhətlər verirlər.
Platformanın təsisçilərindən olan Elnur Əliyevin sözlərinə görə, “Salam”-a gələn çoxlu sual və smslərdən sonra onlar bu şəkildə qrup yaradaraq məlumatlar çatdırmağın vacib olduğunu düşünüblər. Beləliklə qrupda Gürcüstanın müxtəlif regionlarında yaşayan gənclər məlumatları öz yaxınlarına, yaşlı və gənc nəsil nümayəndələrinə göndərərək evdə qalmağın vacibliyi, özünü qorumağın yolları haqqında bir sıra xəbərdarlıqlar edirlər.

Əliyev deyir ki, insanların çoxu bir-biri ilə, yaxın və dost çevrələri ilə əlaqə saxlamaq üçün əsasən sosial şəbəkə olaraq “WhatsaApp”-dan istifadə edirlər. O, qeyd edir ki, qrupda iştirak etmək sərbəstdir və qrupun 160-dan çox gənc könüllü üzvləri var və onlar insanlara gündəlik yeni məlumatları sms-lər vasitəsi ilə çatdırırlar.

Qrupa qoşulmaq üçün bu linkə daxil ola bilərsiniz.

https://chat.whatsapp.com/FAjpEjsTYorFsyLK3idjjR



Print ელ. ფოსტა
FaceBook Twitter Google