"Salam" platforması Tbilisi Dövlət Azərbaycan dram teatrının işdən çıxarılan əməkdaşlarına münasibət bildirdi
Salam Platforması Tiflisin Dövlət Azərbaycan Dram Teatrının bədii rəhbəri, Turqay Vəlizadə tərəfindən teatrın 11 əməkdaşının işdən azad olunması faktına rəy bildirir.

Hər şeydən öncə qeyd olunmalıdır ki, Gürcüstanın azərbaycandilli icmasını narahat edən ən önəmli məsələlərdən biri də teatrla bağlıdır. İctimaiyyətin cəhdlərinə baxmayaraq teatr hələ də üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Təəssüf ki, adı çəkilən teatr bu gün də simasız və çirkli siyasət aləti olaraq qalır. İncəsənət xadimləri aktyorların nə resursları, nə də imkanları yoxdur ki, azərbaycandilli icmanın demək istədilərini icma daxilində və bütün Gürcüstanda tam ifadə edə bilsinlər.

Təəssüf ki, Mədəniyyət Nazirliyi bu günə qədər sovet totalitar və qeyri-demokratik idarə prinsipindən istifadə edir, teatrın aktyorları ilə məsləhətləşmədən və onların mövqelərinin əksinə bədii rəhbərlər təyin edir. Bədii rəhbərlər isə peşəkarlığına, bacarığına və yaradıcı fantaziyasıya görə deyil, əksinə daxili və xarici qüvvlərin idarəçilik istərləri əsasında seçilir.

Salam olaraq düşünürük ki, bu gün Tiflis Dövlət Azərbaycan Dram Teatrında baş varən krizis bədii rəhbərin aldığı konkret qərarın deyil, əksinə, illər öncə dövlətin və mədəniyyət nazirliyinin yanlış mövqeyi və baxışlarının nəticəsidir.

Salam Platforması Mənədiyyət Nazirliyi ilə Sülh və Vətəndaş Bərabərliyi Məsələləri üzrə dövlət nazirini mövcud vəziyyəti düzgün dəyərləndirərək teatrda baş verən hadisələrə çevik və uyğun reaksiya verməyə çağırır.

Bu gün mövcud olan vəziyyəti nəzərə alaraq dövlət, qeyri-hokumət sektoru, iş adamları və fəallar bütün vətəndaşları evdə qalaraq koronavirusun yayılmasına mane olmağa səsləyir. Hal-hazırda bir çox Gürcüstan vətəndaşı evlərindən çıxmayaraq aclıq təhlükəsi ilə üz-üzə qalır. Hətta bu ağır vəziyyətdə dövlət kiçik biznes təşkilatlarını öz işçilərini maaşsız məzuniyyətə göndərməməyə çağırır. Bütün bunlar qarşısında, uzun müddət ərzində cüzi miqdarda maaş alaraq Gürcüstanın rəngarəng mədəniyyətinin parlaması üçün sevgi və şücaətlə çalışan 11 nəfərin bədii rəhbər tərəfindən teatrdakı işlərindən azad olunması faktını qınayırıq!

Salam Platforması işdən, teatrdakı vəzifələrindən azad edilmiş 11 nəfərin yanında olduğunu bildirir. Biz hüquq-mühafizə təşkilatlarını aktiv şəkildə prosesə qoşularaq işdən azad edilmiş əməkdaşların maraqlarını qorumağa çağırırıq.

Print ელ. ფოსტა
FaceBook Twitter Google