Kirəç Muğanlı kəndində sakinlərə yardım məqsədi ilə çörək paylanılıb
Bu gün, 30 mart tarixində Kirəç Muğanlı kəndində sakinlərə Məhəmmədəli Fərəcov və Aqil Musayevin dəstəyi ilə yardım məqsədi ilə 500 ədədə yaxın çörək paylanılıb.

Məhəmmədəli Fərəcov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, koronavirus təhlükəsinə görə evlərində karantin rejimində yaşayan, yardıma ehtiyacı olan aztəminatlı ailələrə yardım məqsədi ilə çörək paylanılıb.

O, bildirdi ki, yalnız bu gün deyil davamlı olaraq 3 gün ərzində sakinlərə çörəyin paylanılmasına davam ediləcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google