31 mart tarixində Marneulinin “Geo Hospitals” klinikasından Bir
Saylı Universitet Klinikasına aparılmış 79 yaşlı Marneulili qadının
vəziyyəti kirtikdir.
Bir Saylı Universitet Klinikasının direktoru Levan Ratiani bu gün,
2 aprel tarixində jurnalistlərə bildirib ki, xəstə klinikaya kritik
vəziyyətdə gətirilib və onda ciddi çəki azlığı qeydə alınıb.
“Kliniki baxımdan ciddi çəki çatışmazlığı var. Bizdə
olan məlumata görə, son bir neçə ay ərzində çəkinin itirilməsi
qeydə alınıb. Bu xəstə daxil olan kimi pnevmotoraks təsdiqləndi və
bütün müayinələr aparıldı”, – Levan Ratiani
bildirib.