Marneuli bələdiyyəsinin Saimerlo kəndində sakinlərə pulsuz çörək,
bitki yağı və şəkər paylayırlar. Bir neçə gün öncə Şermadin
Boçoidze həmkəndlilərinə yardım etməyə qərar verib. Bankdan kredit
götürüb və sakinlər üçün ərzaq alıb.
“
Saimerlo sakinlərinə 1000 çörək”, “Saimerlo sakinlərinə
pulsuz çörək, şəkər, bitki yağı” – Aprel ayının
əvvəllərindən Saimerlo mağazaları və küçələrində belə yazılar
görünməyə başladı.
“
Hazırda bütün sakinlər üçün ümumilikdə 1 000 çörək
paylamışam. Bundan başqa artıq 150 ailəyə kömək etmişəm. 1 kq
şəkər, iki çörək və bir litr bitki yağı verdik. Bu gün 20-30 ailəyə
yenə verəcəyik və düşünürəm ki, bununla da
tamamlayacağıq”, – Şermadin Boçoidze dedi.
Şermadin sakinləri bir-birinə kömək etməyə çağırır. Deyir ki, bu
ağır vəziyyətdən birlikdə çıxmaq üçün imkanı olan hər kəs ehtiyacı
olanlara yardım etsin.
“
Yaxşı olar ki, birləşək və ehtiyacı olanlara kömək edək.
Ehtiyacı olanlara yardım edən daha çox insan olsa, daha çox
sevinərəm”, – Şermadin Boçoidze deyir.
Marneuli və Bolnisi bələdiyyələridə 23 mart tarixindən ciddi
rejimli karantin elan olunub. Bələdiyyələrdə aptek və ərzaq
mağazaları istisna olmaqla, bütün biznes obyektləri bağlanıb.
Marneuliyə giriş-çıxış bağlanıb. Vətəndaşlara Marneuliyə
giriş-çıxış qadağan edilib.
31 mart tarixindən isə bütün Gürcüstan miqyasında komendant saatı
elan olunub. Vətəndaşlara axşam saat 9-dan səhər saat 6-dək evdən
çıxmaq qadağan olunur.