“Gürcüstan Azərbaycanlıları Konqresi” Kəpənəkçi sakinlərinə yardım etdi - FOTO
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubovun təşəbbüsü ilə GAK-ın üzvləri, eləcə də bir neçə iş adamı tərəfindən Bolnisi rayonunun Kəpənəkçi kənd sakinlərinə gigyena məhsulları və ərzaq yardımı edilib.

GAK-ın sədri Hüseyn Yusubov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Bolnisi rayonu ciddi karantin rejimində olduğuna görə onlar Kəpənəkçi kəndində yaşayan 70 ailəyə yardım etmək qərarına gəliblər.

Yusubov bildirdi ki, “GAK”-ın Bolnisili üzvü Ramiz Bəkirovun rayona giriş-çıxış üçün vəsiqəsi olduğuna görə, o, hazırlanmış yardım paketlərini kənd sakinlərinə təqdim edib.
Hüseyn Yusubov hər kəsi çətin günlərdə bir-birinə yardım etməyə çağırdı və qeyd etdi ki, “Hər kəs bir günlük Kəpənəkçi olmağı bacarsın”.

Xatırladaq ki, Marneuli və Bolnisi bələdiyyələrində 23 mart tarixindən ciddi rejimli karantin elan olunub. Bələdiyyələrdə aptek və ərzaq mağazaları istisna olmaqla, bütün biznes obyektləri bağlanıb. Vətəndaşlara Marneuliyə giriş-çıxış qadağan edilib.








"Marneuli" Radiosu
Print