Marneuli meriyası sosial ərzaq paketlərinin paylanmasını başa vurub
Marneuli meriyası sosial ərzaq paketlərinin paylanmasını başa vurub. Bu haqda Marneuli meri Zaur Darğalı məlumat verib.

“Yardımları indiki mərhələdə bitirdik. Çünki 18 may tarixindən Marneuli və iqtisadiyyat da yavaş-yavaş açılır. Ancaq görək vəziyyət necə olacaq və ona uyğun hərəkət edəcəyik.”


Marneuli miqyasında ümumilikdə 10 330 ərzaq paketi paylanıb. Qeyd olunan məlumatı Adil Əliyev Marneulinin qırmızı zona elan olunduğu gündən indiyə kimi aparılan qabaqlayıcı tədbirlərinin yekunlaşdırılması ilə bağlı görüşdə verib. İşgüzar tədbirin videosu Marneuli bələdiyyəsinin veb-səhifəsində paylaşılıb.

“Marneulinin qırmızı zona elan olunmasından bu günə qədər biz vətəndaşlara ilkin tələbat malları payladıq. Ümumilikdə 10 330 bağlama ərzaq paylanılıb. Bunlardan 7500 nəfər vətəndaş birdəfəlik, 1300 nəfər isə birdən artıq yardım alıb.”


Marneuli merinin gənclərlə iş üzrə müşaviri Adil Əliyev deyib ki, 10 330 ərzaq paketindən 8500-nü meriya alıb, qalanı isə müxtəlif şirkət və şəxslər tərəfindən verilib. “Marneuli” radiosu yerli özünüidarədən bu istiqamətdə nə qədər pul xərcləndiyini müəyyən etməyə çalışır.

“Bizim benefisiarlar gündəlik çalışanlar, işini itirənlər, əvvəllər sosial yardım alan və daha sonra yardımı ləğv olunanlar, özünütəcriddə olanlar, tək yaşayanlar, evdən bayıra çıxa bilməyən qocalardır. Ancaq biz başqa kateqoriyaya aid adamlara da yardım etdik. Çünki onlardan tələb var idi. Bunlar pensiyaçılar, sosial yardım alan, ancaq pis şəraitdə yaşayan adamlar idi”, – Zaur Darğallı 27 aprel tarixində bildirib.


Bir ərzaq paketinə təxminən 1,8 kq makaron, 1 kq düyü, 1 kq şəkər tozu, 1 litr günəbaxan yağı, 1 qutu çay, 4-5 kq un və 2 çörək daxil idi.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები

Warning: mysql_query(): Unable to save result set in /var/www/marneulifm.ge/public_html/libraries/joomla/database/database/mysql.php on line 223
მსგავსი სტატიები არ მოიძებნა