Marneuli-Tbilisi marşrut taksiləri nə vaxt hərəkət edəcəklər

8 iyun tarixindən şəhərlərarası nəqliyyatın hərəkəti bərpa olunacaq. Bu barədə Baş nazir Qiorqi Qaxaria Koordinasiya Şurasının iclasında bildirib.


Şəhərlərarası nəqliyyatın hərəkəti ölkədə 24 mart tarixində qadağan olunub.

Qeyd edək ki, Marneulidə ictimai nəqliyyatın hərəkəti sabahdan, 29 may tarixindən bərpa olunacaq. Nəqliyyat fərqli rejimdə çalışacaq və sərnişinlər üçün maska taxmaq məcburi olacaq. Sərnişinlərin ayaq üstə durması qadağan olunacaq.

Sərnişin daşımaq oturacaqların sayından asılı olacaq.

Marneulidə bütün ictimai nəqliyyatın hərəkəti 17 mart tarixində dayandırılıb.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google