7 yaşlı Nataliaya yardım etmək üçün qan ver – Marneulidə qan vermə aksiyası keçiriləcək
7 yaşlı Natalia Bliadzeyə yardım etmək üçün Marneuli Ədliyyə Evi ərazisində qan vermə aksiyası keçiriləcək.

7 yaşlı Natalia Bliadzeyə Biko Sarkoma diaqnozu qoyulub və bu həyat üçün çox təhlükəlidir. Uşaq hazırda İsrailə aparılıb. Yerusəlimdə klinikada (Hadassah University hospital – ein kerem) ilkin mərhələdə kimya-terapiyalar aparılıb və kifayət qədər çətinliklər üzə çıxıb.

Nəzərə alınan xərclərdən əlavə tam müalicə kursuna və əməliyyata 362 620 dollar lazımdır.

Nataliaya yardım üçün Gürcüstanın Milli Qan Bankı ailəyə 25 000 lari köçürməyə hazırdır. Bunun üçün 1000 nəfər qan verməlidir.

Qan vermə aksiyası 9 iyul tarixində, səhər saat 09:00-dan 15:00-a kimi Marneuli Ədliyyə Evi ərazisində davam edəcək.


Print ელ. ფოსტა
FaceBook Twitter Google