Parkda istirahət etmək üçün evdən gətirilmiş oturacaq - vətəndaşın iki illik etirazı (VİDEO)

“Yeni Gürcüstan” partiyasının Marneuli təşkilatının sədri Fuad Qəhrəmanov artıq ikinci ildir ki, meriya tərəfindən Marneulinin mərkəzi küçəsində yerləşən Cavaxişvili adına parka oturacaqların qoyulmasını gözləyir.



Məhz iki il əvvəl, 2018-ci ilin 6 iyul tarixində “Marneuli” radiosu material hazırlamışdı və həmin vaxt Qəhrəmanov bildirmişdi ki, meriyadan parka oturacaqların qoyulmasını tələb edir. Parkda hələ də oturacaqlar yoxdur.



Cavaxişvili parkında illərdir fəvvarə işləmir. Parkın bir hissəsində piltələr digər tərəfində isə “amfiteatr” xarab olub və park uşaqlar üçün təhlükə yaradan daş piltə qırıqları ilə doludur.

Meriyadan “Marneuli” radiosuna bildirdilər ki, bələdiyyədə parklara xidmət üçün xüsusi işçi qrupu yaradılıb. Bələdiyyədə bütün parkların mərhələli şəkildə qurulması planlaşdırılır.

Meriyanın verdiyi məlumata görə Cavaxişvili adına park haqqında məlumat almaq üçün yazılı müraciət etmək lazımdır. Rəsmi məlumat aldıqdan sonra Cavaxişvili parkının nə zamana kimi oturacaqsız və fəvvarəsiz qalacağı məlum olacaq.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google