“Şaumyani
kitabxanasının bərpası məsələsinin həlli yenə də gündəlikdə
durur” – bu barədə merin müavini Laşa
Lobjanidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi.
O, qeyd etdi ki, dünən, 14 iyul tarixində Mülki Məşğulluq
Mərkəzində təqdimatı keçirilən Şaumyani kəndindəki kitabxananın və
Melik Paşayevin ev muzeyinin bərpası layihəsində iştirak etməmələri
meriyanın layihəni dəstəkləməmələri demək deyil. O, açıqlama verdi
ki, meriyanın nümayəndələri görüşdə müəyyən səbəblərdən iştirak
etməyiblər.
“Təəssüf ki, dünən iştirak edə bilmədik. Başqa görüşümüz var idi və
fiziki olaraq alınmadı. Amma bu demək deyil ki, biz bu kimi
təşəbbüsləri dəstəkləmirik. Bu belə deyil. Sadəcə keçməli olduğumuz
müəyyən prosedurlar var. Ola bilsin əhali ilə konsultasiyalar
keçək. Bu məsələnin həlli gündəlikdə durur. Bizim dünənki
təqdimatda iştirak etməməmizi elə qəbul etməsinlər ki, meriya bu
layihəni bəyənmir”- Laşa Lobjanidze dedi.
13 iyul tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində “Gənc
arxeoloqlar cəmiyyəti” layihənin ictimai müzakirəsini keçirib.
Layihə Şaumyani kəndindəki kitabxananın və Melik Paşayevin ev
muzeyinin bərpasını nəzərdə tutur. Baxmayaraq ki, mer və onun
müavinləri görüşə dəvət edilmişdi onlar görüşdə iştirak
etmədilər.
Layihə 19-cu əsrin tarixi tikilisinin, mədəni irs obyektinin
bərpasından və ona yeni funskiyaların əlavə olunmasından ibarətdir.
Meriya Şaumyanidə olan kitabxana və ev muzeyinin bərpasına rəsmi
razılıq verərsə, çoxfunksiyalı təhsil sahəsi yaradılacaq və orada
yenidən kitabxana və muzey fəaliyyət göstərəcək. Eləcə də konfrans
və mühazirə üçün məkan, arxeoloqlar və mütəxəssislər üçün elmi
laboratoriya, əlavə sərgi sahəsi, təcrübələr üçün arxeoloji düşərgə
və.s əlavə olunacaq.