İmamquliyevin sözlərinə görə, Marneuli meri təbii fəlakətdən zərərçəkənlər üçün heç nə etmir

Bu gün, 16 iyul tarixində Marneulidə Vaja Pşavela və Ağmaşenebeli küçələrini su basıb.


Su sakinlərin yaşayış evinə dolub. Təbii fəlakət nəticəsində yaşayış evlərinin birinci mərtəbəsinə su dolub, kənd təsərrüfatı məhsulları məhv olub və əhalinin bir qisminin ev quşları ölüb.

“Saat 7-yə işləmişdi, səs-küy, qışqırıq başladı və qapının döyülməsinə yuxudan oyandıq. Sel, sel deyirdilər. Qapıları açdıq ki, yuxarıdan sel gəlir. Evə doldu. Zirzəmini tamamilə su basıb. Cücə və toyuqlar hamısı ölüb. Mebel də xarab olub. 2018-ci ildə də baş vermişdi, onda da hər şey xarab olmuşdu. 2012-ci ildə də belə idi. Yiyəmiz yoxdur, heç kim gəlməyib. Deyəndə ki, girin içəri baxın, dedilər, nə mənası var”, – zərərçəkmiş Zoya Kiknadze bildirdi.

Marneuli meri Zaur Darğallı təbii fəlakətdən zərərçəkmiş ailələri səhər saatlarında ziyarət edib. “Avropalı Gürcüstanın” üzvü Əhməd İmamquliyev də hadisə yerində olub. Onun sözlərinə görə, Marneuli meriyasının nümayəndələri zərəçəkmiş əhaliyə kömək etmək üçün heç nə etmir.

İmamquliyev əhali ilə görüşdən sonra Marneuli meriyasına merlə görüşə gedib.



“Mən bu məsələ ilə bağlı merlə görüşmək istəyirdim. Biz başa düşürük ki, insanıq və təbii fəlakəti dayandıra bilməzdik, amma merin bizim büdcədən pul ayırmaq hüququ var. Həmin pulla əhaliyə müvəqqəti yardım göstərə bilərik. Bu deməkdir ki, ilk növbədə qida, içməli su və yaşayış yeri ilə təmin edilməlidirlər, yəni mehmanxanaya yerləşdirilsinlər. Səhər bizim marionet merimiz guya orada olub və deyib ki, komissiya yaradılacaq, onlar məsələyə baxacaqlar. İndi uşaqlar su istəyir, onlara yemək lazımdır, buna hansı komissiya lazımdır”, – Əhməd İmamquliyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi.

Marneuli meri Əhməd İmamquliyevlə görüşməyib. Marneuli meriyasının İnzibati Xidmətinin rəhbəri Nino Dekanoidze İmamquliyevlə söhbəti zamanı bildirib ki, Marneuli meri görüşdədir, təbii fəlakətdən zərərçəkmişlərlə bağlı isə meriyanın məlumatı var və artıq işlər aparılır.

“Komissiya yaradılıb və hadisə yerinə gediblər. Yerli özünüidarə işləyir. Səkkizin yarısından hadisə yerinə gediblər və faktlar komissiya tərəfindən qeydə alınır ki, protokolda zərər qeyd olunsun”
, – Nino Dekanoidze bildirdi.

Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mariam Xaçidze bildirdi ki, hadisə yerində meriya əməkdaşları ilə yanaşı Fövqəladə Halların İdarəolunması Xidməti də çalışır və evlərdən su çəkilir.

 


 


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print ელ. ფოსტა
FaceBook Twitter Google