“Gürcü Arzusu”nun Marneuli və Qardabani majoritar dairəsindən deputatlığa namizədi Zaur Darğallı olacaq
“Gürcü Arzusu”nun Marneuli və Qardabani majoritar dairəsindən deputatlığa namizədi Marneuli meri Zaur Darğallı olacaq.

“Gürcü Arzusu” bu gün, 20 iyul tarixində majoritar namizədlərini təqdim edib.

Gürcüstan Parlamentinin keçmiş sədri İrakli Kobaxidze Marneuli və Qardabani majoritar dairəsindən Zaur Darğallının namizədliyini elan etdi.

“Zaur Darğallı xüsusi peşəkarlığı olan və fərdi keyfiyyətlərə malik məmurdur. O, Marneulinin müvəffəqiyyət qazanmış meridir. O, Parlamentdə Marneuli və Qardabaninin fəal nümayəndəsi olacaq və Parlamentin fəaliyyətinə öz töhfəsini verəcək”, – İrakli Kobaxidze dedi.

Məlumat üçün qeyd edək ki, bu gün partiyanın mərkəzi ofisində siyasi şuranın iclası keçirilib. İclasda siyasi şura Gürcüstan miqyasında majoritar namizədlərin siyahısını təsdiq edib.

Xatırladırıq ki, 2020-ci ildə Parlament seçkiləri 120/30 sistemi ilə keçiriləcək ki, bu isə 30 majoritar, 120 isə proporsional deputat olacağı deməkdir.
Print ელ. ფოსტა
FaceBook Twitter Google