Marneulidə Merab Kostavanın heykəli ucaldılacaq
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Marneuli şəhərində, Merab Kostava küçəsinin girişində Kostavanın heykəlinin yerləşdirilməsi işlərinin alqı-satqısı üçün tender elan edib.

“Layihəyə əsasən Merab Kostavanın abidəsinin relyefi 4,30 m hündürlükdə monolit beton divara bərkidiləcək və ağ mərmər daşlarla əhatə olunacaq. Divarın aşağı hissəsi 0,50 m bazalt daşları ilə əhatə olunacaq. Relyefin altında (Merab Kostava) yazısı latın yaxud nikel hərflərlə yazılacaq. Divarın arxa tərəfində Merab Kostavanın əsərlərindən mətn yazılacaq”, – tender sənədlərində qeyd olunub. 

Marneuli meriyası Merab Kostavanın heykəlinin yerləşdirilməsi işlərinin alqı-satqısı üçün 10 480 larilik tender elan edib.

Yerli özünüidarəetmə 20 iyul tarixində tender elan edib. Tenderdə iştirak etmək istəyi olan şirkətlər 28 iyul tarixindən 31 iyula qədər öz təkliflərini irəli sürə bilərlər.
Merab Kostava Gürcüstanın Milli-Azadlıq hərəkatının lideri olub və Gürcüstanın milli qəhrəmanıdır.


Foto: Tender üçün nəzərdə tutulmuş sənədlərdən götürülüb
"Marneuli" Radiosu
Print ელ. ფოსტა
FaceBook Twitter Google