"Yəqin, mənim fikrimcə, real namizəddir" - Tamaz Naveriani Marneuli merinin majoritar namizəd elan edilməsi barədə

"Zaur Darğallı yəqin ki, mənim fikrimcə seçkilərdə Gürcü Arzusunun qalib gəlməsi üçün real namizəddir",– Marneulinin majoritar deputatı Tamaz Naveriani Gürcü Arzusunun Marneuli merini Marneuli və Qardabanidən majoritar namizəd olaraq təqdim etməsinə belə münasibət bildirdi.



Naverianinin sözlərinə görə, o, Zaur Darğallını dəstəkləyir.

Gürcü Arzusu Zaur Darğallını 20 iyul tarixində Marneuli və Qardabaninin majoritar namizədi olaraq təqdim edib.

Gürcüstanın seçki məcəlləsinə əsasən fəaliyyətdə olan merin seçkilərdə iştirak etmək hüququ yoxdur. Buna görə də Marneuli meri merlik statusunu dayandırmalıdır.

2020-ci ilin Parlament seçkiləri güman ki, 30 oktyabr tarixində baş tutacaq. Müvafiq olaraq Zaur Darğallı 30 sentyabra qədər merlik stausunu dayandırmalıdır.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები

Warning: mysql_query(): Unable to save result set in /var/www/marneulifm.ge/public_html/libraries/joomla/database/database/mysql.php on line 223
მსგავსი სტატიები არ მოიძებნა