“Həmin adamlara suallarımız var, onları yeməyəcəyik ki”, – deputat “Marneuli Kənd Suları”na (“Soptskali”) mülkiyyətin verilməsi barədə

Bu gün, 27 iyul tarixində Marneuli Bələdiyyə Məclisinin iclası baş tutdu. İclasa müzakirə üçün üç məsələ çıxarılmışdı.



Bələdiyyə Məclisi hər üç məsələ ilə bağlı müsbət qərar qəbul edib. Ancaq “Marneuli Kənd Suları”na Baydarda həyata keçirilən içməli su layihəsinin təmənnasız verilməsi və Marneuli şəhərində Sayat Nova küçəsi 8-də sərhədlərin təsdiqlənməsi ilə bağlı müəyyən suallar ünvanlandı.

Tsereteli kənd ərazi vahidliyinin majoritar deputatı Roman Tabatadze içməli su şəbəkəsinin təmənnasız “Marneuli Kənd Suları” MMC-yə veirlməsinə münasibət bildirdi. O, şirkət nümayəndələrinin Bələdiyyə Məclisinin iclasında iştirak etməməsinə görə narazılıq etdi.

“Heç olmazsa “Kənd Suları”-nın nümayəndəsi bu gün Bələdiyyə Məclisinin iclasında iştirak etməli idi. Çünki hər iclasda hansısa dəyərdə mülkiyyəti onlara veririk. Bu qədər dəyərli mülkiyyət veririk və qarşılığında bizə nə verirlər, başa düşmürəm. Məsələn, Tseretelidə yaxşı su yoxdur, içmək üçün yararsızdır. Bəzi küçələrə su, bəzisində təzyiq yoxdur. Bu adamlara suallarımız var və yeməyəcəkdik ki, gəlib cavab verərdilər”,
– “Gürcü Arzusunun” üzvü Roman Tabatadze bildirdi.

Tabatadzenin sözlərinə Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze və Bələdiyyə Aparatının rəhbəri Nino Beridze münasibət bildirdi. Qiorqadzenin sözlərinə görə, “Mrneuli Kənd Suları” ilə Bələdiyyə Məclisi yaxın gələcəkdə görüş keçirəcək və bütün suallar cavablandırılacaq.

“Marneuli Kənd Suları”nın direktoru Nəbi Abdullayev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bugünkü iclas barədə məlumatı yox idi. Əgər kimsə dəvət edərdisə, “Marneuli Kənd Suları”nın nümayəndələri mütləq görüşə gedərdilər.

Marneuli Bələdiyyə Məclisinin sədr müavini Mamuka Naveriani Marneulidə Sayat Nova küçəsi 8 ünvanında bina sərhədinin təsdiqlənməsi məsələsinə qarşı idi. Naverianinin açıqlamasına görə, Sayat Nova küçəsi 8 ünvanındakı binanın qonşu korpusunda yaşayan sakinlərin bələdiyyə tərəfindən sərhədlərinin təsdiqlənməsi barədə yazılı razılığı olmadan məsələni dəstəkləməyəcək. Naverianiyə bununla bağlı cavab veriblər ki, qanunverciliyə uyğun olaraq sərhədlərin müəyyənləşdirilməsi prosesində qonşu korpusun sakinlərinin razılığı lazım deyil.





 

Print ელ. ფოსტა
FaceBook Twitter Google