Əhməd İmamquliyev “Avropalı Gürcüstanın” Marneuli və Qardabanidən majoritarlığa namizədi olacaq
“Avropalı Gürcüstanın” Marneuli və Qardabani seçki dairəsinin majoritalığa namizədi Əhməd İmamquliyev olacaq.

“Avropalı Gürcüstan” majoritar namizədləri bu gün, 3 avqust tarixində saat 12:00-da təqdim edib.

Əhməd İmamquliyev “Marneuli” radiosuna təsdiq edib ki, Marneuli və Qardabanidən majoritarlığa namizəddir.

“Mən Marneuli və Qardabani dairəsindən namizəd olacağam. Ümid edirəm ki, ilk turda vətəndaşlarla birgə oliqarx idarəçiliyə və onun marionet kuklalarına qalib gələcəyik. Əgər ikinci tur olarsa, bu halda oliqarx idarəçiliyini məğlub etmək üçün sona qədər mübarizə aparacağıq”, – Əhməd İmamquliyev bildirdi.

İmamquliyevin sözlərinə görə, əgər iqtidar partiyası və hər hansı müxalifət partiyası 2020-ci ilin Parlament seçkilərinin ikinci turuna keçərsə, “Avropalı Gürcüstan” müxalifət partiyasını dəstəkləyəcək.
Print ელ. ფოსტა
FaceBook Twitter Google