Bir dəfə də çıxış etməyib və iclaslarda iştirak etmədiyinə görə ən çox pul sanksiyası ona tətbiq olunub – Hacıyevin 2019-cu ildə Parlamentdəki fəaliyyəti
2019-cu il ərzində 21 deputat Gürcüstan Parlamentində çıxış etmək hüququndan istifadə etməyib.

Onlar arasında Marneulili majoritar deputatlar Ruslan Hacıyev və Mahir Dərziyev də var. Bu barədə məlumat “Beynəlxalq Şəffaflıq-Gürcüstan”-ın qanunverici orqanın 2019-cu ildəki fəaliyyəti ilə bağlı hesabatında verilib.

Ruslan Hacıyev 2019-cu il ərzində heç bir üzrlü səbəbi olmadan Parlamentin 10 plenar və 11 komitə iclasında iştirak etməyib. O, heç bir üzrlü səbəbi olmadan iclaslarda iştirak etməyən deputatların ilk üçlüyünə daxildir.

Ruslan Hacıyevə üzrlü səbəb olmadan iclaslarda iştirak etmədiyinə görə maddi sanksiyalar da təyin olunub. Parlament üzvləri arasında iclaslarda iştirak etmdəyinə görə ən çox – 3699 lari 20 tetri Ruslan Hacıyevin maaşından tutulub. Komitə iclaslarında iştirak etmədiyinə görə isə Hacıyevin maaşından 924 lari 80 tetri tutublar.
Hesabat dövründə üzrlü səbəb olmadan plenar iclaslarda iştirak etmədiynə görə 43 halda parlamentin 25 deputatının maaşından 10% tutulub. Ümumilikdə sanksiyanın dəyəri 39 651 lari 60 tetri təşkil edib.

Komitə iclaslarında üzrlü səbəb olmadan iştirak etmədiyinə görə 33 halda 22 deputatın maaşından 10% tutulub. Ümumilikdə maddi sanksiyalar 23 934 lari 20 tetri təşkil edib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google