Müxalifət partiyası “Lelo Gürcüstanın” Marneuli rayon
təşkilatının sədri Murad Muradov onların fəallarına və
tərəfdarlarına qarşı həyata keçirilən təzyiq faktlarından
danışır.
Muradov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, “Gürcü
Arzusunun” fəal üzvləri və fəalları onların tərəfdarlarını
qorxudurlar və siyasi proseslərə qoşulmamağa çağırırlar.
“Bizi dəstəkləyən adamları və seçkidə bizim yanımızda olacağını
açıq şəkildə deyənləri müəyyən qruplar gedir qorxudur, şantaj
edirlər. Sonra həmin adam gəlir və mənə deyir ki, sənə böyük
hörmətin var, seçkidə səni dəstəkləyərdim, amma siyasi subyektin
yanında görünmək istəmirəm”, – Murad Muradov
dedi.
Muradovun sözlərinə görə, onun dəstəkçilərinə təzyiqlə bağlı artıq
üç təsdiqlənmiş fakt var, amma həmin fəalların kimliyini açıqlamaq
istəmir. Çünki “Lelo Gürcüstan”-ın fəalları üçün daha çox problem
yarana bilər.
Partiya tərəfdarlarına göstərilən təzyiq/hədələmə faktlarından
“Ədalətli Seçkilər”-in seçkiqabağı monitorinqin ikinci aralıq
hesabatında da qeyd olunub.
“Lelo Gürcüstan”ın Marneuli təşkilatı bir iyul tarixində
açılıb.