“Gürcü Arzusu”nun Marneuli və Qardabanidən majoritar deputatlığa
namizədi Zaur Darğallının seçkiqabağı görüşlərinə Marneulinin
majoritar deputatları Tamaz Naveriani və Ruslan Hacıyev getmir.
“Gürcü Arzusundan” Marneulinin majoritar deputatı Ruslan Hacıyev
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, görüşlərdə onun
iştirak etməməsi Darğallının namizədliyini dəstəkləməməsi demək
deyil.
“Uzun zamandır demişəm ki, bu proseslərdə iştirak etmək istəmirəm.
Yəqin yorulmuşam, çünki mən beş dəfə qərargah rəhbəri olmuşam və
bütün seçkilərdə də yaxşı nəticə olub. Hər şey mənim seçkilərimdən
başladı və sonra dörd, beş seçkilərdə qərargah rəhbəri oldum,
həmişə qələbə çalırdıq. Ola bilsin yoruldum, bir az istirahət etmək
lazımdır”, – Ruslan Hacıyev dedi.
Hacıyevin sözlərinə görə, parlament tapşırıqlarını dayandırdıqdan
sonra onun üçün siyasi proseslərdən tam uzaqlaşmaq çətin olacaq və
yenidən “Gürcü Arzusu”nun sıralarında qalacaq.
Ruslan Hacıyev “Gürcü Arzusu”nun proporsional siyahısında ilk
iyirmiliyə düşməyib. Hacıyev kimi ilk iyirmiliyə etnik azlıq
nümayəndəsi olan digər namizədlər də düşməyib.
“Mənim fikrimcə etnik azərbaycanlılar ya başqaları
ikinci iyirmilikdə olacaq”, – Ruslan Hacıyev
dedi.
Ruslan Hacıyev 2016-cı il parlament seçkiləri zamanı Gürcüstan
parlamentinin üzvü olub.
“Marneuli” radiosu digər majoritar deputat Tamaz Naveriani ilə
əlaqə saxlamağa çalışsa da o, bizim zənglərimizə cavab vermədi.