Marneulidə koronavirusla bağlı aparılan 22 testin cavabını gözləyirlər
Bu gün, 25 sentyabr tarixində Marneuli bələdiyyəsində koronavirusla bağlı götürülmüş 22 analizin cavabı məlum olacaq.

Marneuli merinin səlahiyyətlərini icra edən Zaur Tabatadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, analizlər dünən, 24 sentyabr tarixində Marneulinin “Aversi “klinikasında aşkarlanmış virusa yoluxan şəxsin təmaslarından götürülüb.

23 sentyabr tarixində Şaumyani kəndinin qaçqınlar yaşayan məntəqəsinin sakini orta yaşlı qadın “Aversi” klinikasına gətirilib. Onda koronavirus əlamətləri aşkarlanıb.

“Klinikanın daxili qaydasına görə, bütün xəstələrə potensial virusa yoluxan xəstə kimi xidmət göstəririk. Ona görə də bizim bütün əməkdaşlarımız xəstələrə müvafiq qaydada geyinərək xidmət göstərirlər. Həmin xəstənin şikayətlərindən virusa yoluxması ehtimal olunurdu. Ona görə də analiz götürdük və müsbət cavab gəldi. Prosesə epidemioloqlar qoşulub. Təmasların müəyyənləşdirilməsi prosesi aparılır. Xəstə virusa yoluxanlar üçün nəzərdə tutulmuş klinikaya yerləşdiriləcək. Hazırda qapalı palatadadır”, – Manana Kapanadze 24 sentyabr tarixində bildirdi.

Marneuli merinin səlahiyyətlərini icra edən Zaur Tabatadze “Marneuli” radiosuna bildirdi ki, virusa yoluxan şəxsin ümumilikdə 22 təması olub.



Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები