404 შეცდომა
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/home/marneulifm/public_html//images/temp/2018/10/04/bf4bf3c46df8f47ef0e6c9d862ad7cb2.jpg" not exists.
Xəbərlər
Mareulinin qeyri-gürcü dilli məktəbləri kitab gözləntisindədirlər

Marneuli bələdiyyəsinin Yuxarı Qullar kəndinin ictimai məktəbində şagirdlərin əksəriyyətinin bu günə qədər bir neçə fənn üzrə kitabı yoxdur.


Rus və Azərbaycan dili və ədəbiyyatı dərslikləri problemdir. Yuxarı Qullar ictimai məktəbində ümumilikdə 168 şagird təhsil alır. Yerli sakinlərin sözlərinə görə, təhsil müəssisəsində əsas problemlərdən biri kitab çatışmazlığıdır. Təhsil prosesinin bərpasından iki həftə keçir. Ancaq şagirdlərin bir qismi dərs prosesinə tam qoşula bilmir.

“Hələ də kitab vermirlər. Bir kitab 30 laridir. 100 larilik kitab lazımdır, mən bu qədər pulu hardan alım? Məktəb bizə kitab verməlidir axı? Kitabı mən almalıyam yoxsa məktəb verməlidir?

“Məktəbdə ən böyük problem kitablardır. Uşaqlar və valideynlər öz vəsaitləri ilə kitab almalı olurlar. Bütün valideynlərin kitab almaq imkanı yoxdur axı”, –
Yuxarı Qullar sakini deyir.

Yuxarı Qullar ictimai məktəbinin təhsil şöbəsinin rəhbəri Tariyel Hacıyev bildirdi ki, lazım olan kitabların siyahısını artıq hazırlayıblar. Marneuli Resurs Mərkəzindən isə cavab gözləyirlər.

Bizim rus dilli sektorumuz var. Rus dili və ədəbiyyatı kitablarını Rusiyadan artıq göndərmirlər və valideynlər almaq məcburiyyətindədir. Azərbaycan dili və ədəbiyyatını isə Azərbaycan səfirliyi verir və bu kitabları uşaqlara paylayırıq. Digər kitabların bir qismi artıq var və bu problem yavaş-yavaş həll olunur Başqa məktəblərlə də əlaqə saxlayırıq və əgər onlarda hansısa kitab qalıbsa, bizə verirlər.”

Marneulinin Resurs Mərkəzinin direktoru Kənan Ömərov bildirdi ki, Qullar ictimai məktəbindən əlavə bu kimi problem Marneulinin başqa təhsil müəssisələrində də var. Onun dediyinə görə, yaxın günlərdə vəziyyətin düzələcəyini gözləyirlər.

Əsas kitablar əlbəttə Təhsil Nazirliyi tərəfindən verilib və bütün məktəblərə paylamışıq. Kitab çatışmazlığı ilə bağlı bu günlərdə cavab gözləyirik. Kitab çatışmazlığı uşaqların səfərbərliyinə və ötən ilin sayına görə yarandı. Bəzi hallar oldu uşaq məktəbdən çıxdı başqa məktəbə keçdi, bəzisinə yeni uşaq gəldi. Əsas problem rus dilli məktəblərdədir. Rus dili və ədəbiyyatı kitabı Gürcüstanda çap olunmur. Yaxın günlərdə kitablar gətiriləcək”, – Kənan Ömərov dedi.

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən bildirdilər ki, məktəblərdəki kitab çatışmazlığı mərhələli şəkildə həll olunacaq. Bütün Gürcüstan miqyasında kitabların verilməsini Təhsil Nazirliyinin İnfrastruktur Agentliyi təmin edir.

Marneulinin ictimai məktəblərində təhsil prosesi 15 sentyabr tarixində, təqribən yarım illik fasilədən sonra bərpa olundu.

 

FaceBook Twitter Google
დაიცავი დისტანცია