404 შეცდომა
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/home/marneulifm/public_html//images/temp/2018/10/04/bf4bf3c46df8f47ef0e6c9d862ad7cb2.jpg" not exists.
Xəbərlər
Marneuli və Qardabani seçki dairəsindən majoritar deputatlığa yeganə qadın namizədi “Gürcüstan” partiyası irəli sürüb (VİDEO)

Bu il Gürcüstanda keçirələcək Parlament seçkiləri zamanı Marneuli və Qardabanidən majoritar deputatlığa yeganə qadın namizədi “Gürcüstan” partiyası irəli sürüb.

Qadın namizəd olan Gülsəfa Ayvazova Sadaxlı ərazi vahidliyinə daxil olan Təzəkənd sakinidir. O, 1957-ci ildə Mollaoğlu kəndində anadan olub və elə orta təsilini də həmin kənddə alıb. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin dilçilik fakültəsinə qəbul olub və oranı bitirib. Gülsəfa Ayvazova bir müddət yaşadığı Təzəkənddə yerləşən məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. 11 il isə Burma kəndində məktəb direktoru vəzifəsində çalışıb.

Gülsəfa Ayvazova “Marneuli” radiosuna “Gürcüstan” partiyasına qoşulması barədə danışdı. O, bildirdi ki, “Gürcüstan” partiyası Gürcüstan xalqını, vətənini, ölkədə sabitliyi dəstəkləyir və məhz buna görə də həmin partiyanın sıralarına qoşulub.


Hal-hazırda Gülsəfa Ayvazova Azərbaycanda fəaliyyət göstərən “Borçalı” nəşriyyatı tərəfindən çap edilən bir neçə qəzetin Gürcüstan üzrə xüsusi müxbiridir. Ailəlidir, 4 övladı və 11 nəvəsi var.


 

 

FaceBook Twitter Google
დაიცავი დისტანცია