Marneulidə koronavirusla bağlı götürülmüş 39 testin cavabı məlumdur

Marneulidə koronavirusla bağlı götürülmüş 39 testin cavabı məlumdur.


39 təmasın hamısı Şaumyanidə qaçqınların yaşadığı məntəqədə yoluxan şəxslə bağlıdır. Mer səlahiyyətlərini icra edən Zaur Tabatadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, hazırda onların bir qismi karantin zonasına aparılıb, bir qismi isə özünütəcriddədir.

“Birinci gün 22 test, ikinci gün əlavə 17 test götürdük və Luqar laboratoriyasına göndərdik. Bütün cavablar mənfidir. Qeyd olunan yoluxma halı ilə bağlı bütün təmasları araşdırdıq. Bir qismi karantin zonasına aparılıb, digər qismi isə İctimai Səhiyyə Mərkəzinin nəzarəti altında özünütəcirddədir”, – Zaur Tabatadze bildirib.

23 sentyabr tarixində Şaumyanidə qaçqınlar yaşayan məntəqənin sakini, ortayaşlı qadın Marneulinin “Aversi” klinikasına gətirilmişdi. Onda koronavirus əlamətləri qeydə alınmışdı.

“Klinikanın daxili qaydasına əsasən bütün xəstələrə potensial virusa yoluxmuş şəxs kimi xidmət göstəririk. Ona görə də bizim bütün əməkdaşlarımız xəstələrə xüsusi geyimdə xidmət göstərirlər. Qeyd olunan xəstənin şikayətindən virusa yoluxması ilə bağlı müvafiq şübhə var idi. Ona görə də analiz götürdük və müsbət cavab gəldi”,
– Manana Kapanadze 24 sentyabr tarixində bildirmişdi.

Qeyd edək ki, 39 nəfər 12 gün ərzində özünütəcriddə və karantin zonasında qalmalı olacaq.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები