Marneulinin 3 saylı uşaq bağçasında 2 uşaqda koronavirus təsdiqləndi
Marneuli şəhərinin 3 saylı uşaq bağçasında iki qrup koronavirusa görə bağlanıb.

Bu barədə məlumatı Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov təsdiqlədi və qeyd etdi ki, indiki mərhələdə təmasların bir qismi özünütəcridə keçib.

“Dünən 3 saylı bağçada bir yoluxma qeydə alınmışdı. Həmin bağçaya bir ailədən iki uşaq gəlir və koronavirsa yoluxduqları aşkarlanıb. Onlar yalnız cümə günü bağçada olublar və həmin gün qruplarda kim olubsa, hamısı özünütəcridə keçib. Dörd əməkdaş da özünütəcriddədir. 12-ci gün PCR test götürüləcək və sonra qrupun bağlanıb bağlanmamasına qərar veriləcək.”

Zaur Kərəmov virusa yoluxanların başqa qruplarla əlaqəsinin olmasını istisna edir və deyir ki, bağçada qrupların bir-biri ilə təması maksimum dərəcədə məhdudlaşdırılıb.

Koronavirusun təsdiqlənməsinə görə indiki mərhələdə Saimerlo uşaq bağçası da bağlıdır. 16 oktyabr tarixində uşaq bağçasının dayəsində virus aşkarlanıb.
Marneulidə fəaliyyət göstərən 10 bağça hələ də işləmir.

Onlar elektrik sobasının quraşdırılmasını gözləyirlər. Meriya Marneuli bələdiyyəsinin 10 bağçasına elektrik sobasını almaq üçün 24 000 lariyə qədər pul xərcləyib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google