Marneuli bələdiyyəsinin xəstəxanalarında koronavirusa yoluxmuş
xəstələri müalicə etmirlər.
Yoluxma aşkarlanan kimi xəstələr başqa klinikalara, yaxud
mehmanxanalara yerləşdirilir. Ölkədə Covid-19-a yoluxma halı hər
gün artır. “Marneuli” radiosu ehtiyac olan halda bələdiyyədəki tibb
müəssisələrinin virusa yoluxmuş xəstələri müalicə etmək imkan və
resursunun olub-olmaması ilə maraqlandı.
“Aversi” klinikasının meneceri Manana Kapanadze “Marneuli”
radiosuna bildirdi ki, indiki mərhələdə klinika çox profilli
rejimdə fəaliyyətinə davam edir.
“İndiki mərhələdə biz diaqnostika həyata keçiririk və
sonra virusa yoluxmuşları qəbul edən klinikalara yönləndiririk.
Bizim klinika 100 çarpayı üçün nəzərdə tutulub, Səhiyyə Nazirliyi
ilə razılıq əsasında, ehtiyac yarandığı halda mütləq qərar qəbul
edəcəyik. İndiki mərhələdə çox profilli rejimdə fəaliyyətimizə
davam edirik”.
Marneulidəki “Geo Hospitals”-ın kliniki direktoru Tata Şenqelaia da
eynisini bildirdi. Klinikanın istilik mərkəzi statusu bir neçə
aydır götürülüb.
“Yox, bu məsələ hələ gündəlikdə deyil. Klinikanın
müvafiq resursu var. Hər halda covid klinikası olmaq təşəbbüsünü
biz irəli sürməmişik və ümid edirəm ki, heç olmayacağıq
da.”
Nə yerli özünüidarə nə də İctimai Səhiyyə Mərkəzi “Marneuli”
radiosuna Marneulidə koronavirusa yoluxma hallarının sayı barədə
dəqiq statistika məlumatı vermir. Ancaq qeyd edək ki, koronavirusun
təsdiqlənməsi hallarına görə indiki mərhələdə Marneulidə altı
məktəbdə 19 sinif distant təhsil sisteminə keçib.
Covid-19 aşkarlanmasına görə Saimerlo və Marneuli 3 saylı uşaq
bağçası da bağlanıb.