Bu gün, 26 oktyabr tarixində təxminən saat 15:00 radələrində
Marneulidə, Rustaveli küçəsində qəza baş verib.
Marneulinin beş saylı ictimai məktəbinin qarşısında iki minik
maşını toqquşub.
Hadisə şahidlərinin “Marneuli” radiosuna verdiyi məlumata görə,
hadisə nəticəsində heç kim xəsarət almayıb və buna görə təcili
yardım çağırmağa ehtiyac olmayıb.
Hadisə yerinə patrul polisi cəlb edilib.