24 yanvar tarixində polislər Marneulinin mərkəzi Rustaveli
küçəsində gənc kişini saxlayıblar.
“Marneuli” radiosunun məlumatına görə, patrul polisi kişini
Rustaveli küçəsində maskasız gəzdiyinə görə saxlayıb və cərimə
yazmağı planlaşdırırmışlar. Bu zaman gənc oğlan onları təhqir
edib.
Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna bildirdilər ki,
kişi polis orqanı nümayəndəsinin qanuni tələbinə tabe olmadığına
görə saxlanılıb. Onu inzibati qayda pozuntusuna görə həbs
ediblər.
Gənc kişinin saxlanılmasını əks etdirən video “Mtavari” kanalında
yayımlanıb.
Videoda iki nəfər polisin gənci necə saxladığı və güclə maşına
mindirdiyi görünür.
“Marneuli” radiosunun məlumatına görə, saxlanılmış kişini artıq
azad ediblər.